"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Türkiyə 10 il əvvəlki siyasətinə qayıdır – strateji dönüş

09 Yanvar 2017 - 09:56
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

  Türkiyə 10 il əvvəlki siyasətinə qayıdır - strateji dönüşAnkara və Bağdad arasında barışıq Türkiyə hakimiyyətinin yeni siyasi strategiyasından xəbər verir

 
Nəhayət, gözlənilən oldu. Türkiyənin baş naziri Binali Yıldırım İraqa səfər edərək iraqlı həmkarı ilə anlaşma imzaladı, necə deyərlər, küsülülük aradan qaldırıldı. Baş nazirin Bağdad səfəri zamanı iki ölkənin yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı olub. Bir sıra mühüm razılaşmalar əldə olunub. Ən mühümü isə iki ölkə hökumətləri arasında birgə bəyannamə imzalanıb.
Sənəddə iki ölkənin bir-birinin ərazi bütövlüyünə hörmət etməsi, tarixi, dini, mədəni və yaxşı qonşuluq əlaqələrinin inkişaf etdirilməsinin qərara alındığı qeyd olunur. Bundan başqa, hər iki tərəf bir-birinin ərazi bütövlüyünə hörmət, terrorla mübarizədə qarşılıqlı dəstək verilməsi, Başika hərbi düşərgəsinin İraqa məxsus olduğu, iki ölkə arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq, terrordan əziyyət çəkən bölgələrin yenidən qurulması, birgə su mənbələrindən istifadə, İŞİD-ə qarşı əməliyyatların dəstəklənməsi, hər iki tərəf bir-birinə qarşı öz ərazisində hansısa terror təşkilatını saxlamayacağı, mədəni və sosial əlaqələrin genişləndirilməsi, məzhəbi və digər gərginliklərin aradan qaldırılmasında əməkdaşlıq və sair kimi məsələlərdə əməkdaşlıq edəcəklərini öhdəliyə alırlar.
Əlbəttə, hər iki tərəf bu görüş və danışıqlarına məmnundur. Çünki son aylara qədər iki ölkə arasında faktiki olaraq düşmənçilik mövcud olub. Siyasi liderlər arasında müharibə bəyanatlarına qədər gedib çıxıb mövzu. Məsələ ondadır ki, İraq və Türkiyə arasında əlaqələr yüksək səviyyədə olub. Ancaq 2012-ci ildə vitse-prezident Tariq Haşimi terrorçuları himayə etməkdə ittiham olunub barəsində həbs qərarı çıxarılanda Türkiyəyə qaçdı və bu hadisə iki ölkə münasibətlərinə mənfi təsir etdi. Ankara İraq hökumətini məzhəbçi siyasət yürütməkdə ittiham etdi. 
 
Image result for Fırat Kalkanı
2014-cü ildə İŞİD İraqın ikinci böyük şəhəri Mosulu işğal etdikdə bu hadisə yenidən iki ölkə münasibətlərinə mənfi təsir etdi. Mosulun valisi, şəhərdə müqaviməti təşkil etməyib, faktiki olaraq şəhəri İŞİD-ə təhvil verən Nuceyfinin Türkiyəyə qaçması iki ölkə münasibətlərində növbəti qara nöqtə olub. Hətta İraqda hökumət dəyişikliyi olub baş nazir postuna İbadi gəldikdən sonra da münasibətlər istiləşməyib. Əksinə, Mosul əməliyyatında şiə könüllülərin iştirakı və Başika hərbi düşərgəsi məsələsi Ankara-Bağdad münasibətlərini daha da gərginləşdirib. Ankara şiə könüllülərin Mosul əməliyyatında iştirakına qarşı çıxıb və buna görə Bağdadı hədələyib. Bağdad isə öz növbəsində Ankaradan Başikanı boşaltmasını tələb edib. Məsələyə Vaşinqton qarışdıqdan sonra tərəflər sakitləşib.
Ancaq Türkiyə hökuməti bütün umu-küsüləri bir kənara qoyaraq, regional siyasətin yenidən dizaynı çərçivəsində İraqla düşmənçiliyə son qoymaq üçün hərəkətə keçib. Dekabrın 30-da Türkiyə prezidenti ilə İraq baş naziri telefonda danışıblar və ardınca baş nazir Binali Yıldırımın Bağdada gedəcəyi elan olunub. İstənilən halda bu hadisə Türkiyə və İraq üçün yeni fürsət hesab olunmalıdır. Bu hadisə hər iki ölkənin terrora qarşı mübarizəsində ciddi irəliləyişinə səbəb olacaq. Ankarada da anlayır ki, indi regionda separatçı fəaliyyətlərin qarşısını almaq üçün legitim hökumətlərə yaxından əməkdaşlıq edilməli, birgə fəaliyyət olmalıdır. Əks təqdirdə separatçılıq və terror müharibəsi bütün region ölkələrini saracaq.
 
Son məlumatlara görə, artıq İraq qüvvələri Mosula daxil olaraq şəhərdə əməliyyatlara başlayıb. Bu əməliyyatların müəyyən zaman alması istisna edilməsə də, hər bir halda Bağdad və Ankaranın yaxınlaşması terrorizmə qarşı mübarizədə ciddi uğur olacaq. 
Digər mühüm məsələ isə iqtisadi əlaqələrdir. İraq son illərə qədər Türkiyənin əsas ticarət tərəfdaşlarından biri idi. Türk şirkətləri İraqın yenidən bərpasında, bu ölkəyə yatırım qoyulması, ticarətdə ciddi paya sahib idilər. İraq bazarının yenidən Türkiyənin üzünə açılması Türkiyənin xarici ticarət dövriyyəsini daha da böyüdəcək, iqtisadiyyata müsbət təsir edəcək. 
Ən mühüm isə, bu hadisə Türkiyənin daha əvvəl AKP hakimiyyətinin davam etdirdiyi qonşularla əməkdaşlıq və dostluq siyasəti kursuna dönüş olaraq Türkiyənin regionda mövqeyinin yenidən güclənməsi, münaqişələrin həllindəki rolunu gücləndirəcək. 
Previous Post

Türkiyə 10 il əvvəlki siyasətinə qayıdır – strateji dönüş

Next Post

“Fərat qalxanı”: İrəli, yoxsa geri?..

Bənzər yazılar

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin...

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24

Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək....

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21

Müdafiə Nazirliyi ötənhəftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Elchi.az icmalı təqdim edir:    

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Next Post

“Fərat qalxanı”: İrəli, yoxsa geri?..

“Fərat qalxanı”: İrəli, yoxsa geri?..

Son xəbərlər

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

12 Oktyabr 2026 - 13:55
“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

12 Oktyabr 2026 - 12:29
Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

12 Oktyabr 2026 - 12:15
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

12 Oktyabr 2026 - 12:07
Messi üçün “Kamp Nou”da vida mərasimi keçiriləcək

Messi üçün “Kamp Nou”da vida mərasimi keçiriləcək

12 Oktyabr 2026 - 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

12 Oktyabr 2026 - 11:53
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Prezident İlham Əliyev Kambocaya səfərə dəvət edilib

12 Oktyabr 2026 - 11:51
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

12 Oktyabr 2026 - 11:50
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

12 Oktyabr 2026 - 11:48
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

12 Oktyabr 2026 - 11:45
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

12 Oktyabr 2026 - 11:43
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

12 Oktyabr 2026 - 11:42
Bu il hərbi xidmətə çağırışla bağlı 8 cinayət işinin istintaqı aparılıb

Bu il hərbi xidmətə çağırışla bağlı 8 cinayət işinin istintaqı aparılıb

12 Oktyabr 2026 - 11:40
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

12 Oktyabr 2026 - 11:36
DYP-dən sürücülərə xəbərdarlıq: Ciddi təhlükə…

DYP-dən sürücülərə xəbərdarlıq: Ciddi təhlükə…

12 Oktyabr 2026 - 11:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.