"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Fərat qalxanı”: İrəli, yoxsa geri?..

09 Yanvar 2017 - 10:09
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

 “Fərat qalxanı”: İrəli, yoxsa geri?..Türkiyənin Suriya əməliyyatlarına qatılmasının iki səbəbi

 
 
Avqustun 24-də Türkiyə ordusunun sərhədi keçərək Suriyaya daxil olması ilə başlayan “Fərat qalxanı” əməliyyatı davam edir. Hazırda Türkiyə ordusu Suriyanın şimalında İŞİD-in nəzarətində olan əl-Bab şəhərini almaq üçün əməliyyat keçirir. 
Ancaq digər məntəqələrdən fərqli olaraq əl-Babda İŞİD ciddi müqavimət göstərir və artıq bir neçə həftədir Türkiyə ordusu əl-Baba əməliyyatları davam etdirsə də, hələlik nəticə yoxdur. Bu isə istər-istəməz Türkiyədə artıq Suriya əməliyyatı ilə bağlı əks fikirlərin yüksəlməsinə səbəb olub. Bir çoxları Suriyanın Türkiyə ordusu üçün “bataqlıq” olacağını və bu səbəbdən də heç bir faydası olmayacaq əməliyyatı dayandırmağı tələb edirlər. 
 
Qeyd edək ki, əl-Bab Türkiyə-Suriya sərhədindən 30 kilometr içəridə yerləşir. Qəsəbənin əhalisi ərəblərdir, bir neçə ildir ki, qəsəbə İŞİD-in nəzarətindədir. Avqustun 24-də sərhədi keçərək Suriyaya daxil olan Türkiyə ordusu bundan əvvəl İŞİD-in əlində olan Menbic qəsəbəsini qısa müddətdə təmizləmişdi. Hazırda Türkiyə ordusuna “Azad Suriya Ordusu” qruplaşması və digər müxalif qruplaşmalar da dəstək verir. 
Ancaq Cerablusdan sonra əl-Babda irəliləmə dayanıb. Artıq neçə həftədir ki, Türkiyə ordusu qəsəbə ətrafında İŞİD-lə savaşır, terrorçular əsasən canlı bomba taktikasından istifadə edərək geniş miqyaslı hücumlara imkan vermir. Havadan aparılan bombardmanlar İŞİD-ə ciddi insan tələfatı yaşatsa da, effektiv deyil, üstəlik, İŞİD tərəfindən Türk ordusunun mülki əhalini öldürməsi ilə bağlı təbliğata səbəb olur.
Əl-Bab böyük yaşayış məntəqəsi olmasa da, coğrafi mövqeyi və Aralıq dənizi sahilindən – Laziqiyyədən başlayaraq Hələb və Menbicdən keçərək İraqa qədər uzanan M4 magistralının üzərində yerləşməsi əl-Babın strateji əhəmiyyətini artırır. Digər tərəfdən, əl-Bab yolu Menbic üzərindən İŞİD-in xaricdən gələn tərəfdarlarının əsas keçid yolu olub. Bu səbəbdən də həm Türkiyə ordusu və müttəfiqləri, həm də İŞİD üçün bu qəsəbə xüsusi əhəmiyyət daşıyır. Əgər əl-Bab alınmasa, ordunun irəliləməsinin mənası qalmır. Əl-Bab bir növ keçid məntəqəsi durumuna gəlib. İŞİD bu şəhərciyi 2014-cü ilin əvvəlində digər qruplaşmalarla başlayan amansız müharibələrin nəticəsində ələ keçirib.
Image result for Fırat Kalkanı
Artıq Türkiyə ordusu əl-Babda Kobani və Hələbdə aparılan “hər küçə uğurunda savaş” taktikasına keçmək məcburiyyətindədir. Çünki daha əvvəl Cerablus qəsəbəsində İŞİD müqavimət göstərmədən çəkilmişdi, ancaq qeyd olunan və bəlkə də başqa səbəblərdən əl-Babda dirəniş göstərir. Üstəlik, şəhərdə hələ də on minlərlə dinc əhali var və bu da əməliyyatı daha da çətinləşdirir. Çünki İŞİD bir qayda olaraq dinc əhalidən sipər olaraq istifadə edir, silah anbarları və qərargahları dinc əhalinin sıx yaşadığı yerlərdə yerləşdirir. Türkiyə aviasiyasının əl-Babda işini çətinləşdirən də bu amildir. Çünki hər hava əməliyyatından sonra İŞİD öz informasiya resurslarından Türk ordusunun əl-Babda dinc əhalini bombaladığı və mülki əhalinin itki verməsinə səbəb olduğunu yayır.
Image result for Fırat Kalkanı
 
Amerikalılar isə daha öncə də qeyd etdiyimiz kimi, əl-Babda və ümumiyyətlə Suriyadakı əməliyyatlarla bağlı Türkiyə və Rusiya arasında anlaşma olduğunu iddia edir. “Atlantik Şurası” Mərkəzinin eksperti Aaron Stein bildirib ki, əl-Babla bağlı ruslarla türklər arasında anlaşma var. Ancaq amerikalıların iddia etdiyi kimi, “Hələb əvəzinə əl-Bab” anlaşması İŞİD-in ciddi müqaviməti ilə üzləşib. 
Yeri gəlmişkən, İŞİD mövqelərini bir neçə dəfə Rusiya qırıcıları bombalayıb. Mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Mərkəzinin rəhbəri Rami Əbdürrəhman da ruslarla türklər arasında əl-Bab mövzusunda anlaşma olduğunu bildirib. Ancaq əl-Bab hələ də alınmadığı üçün bu iddiaların təsdiqindən danışmaq yersizdir. Ancaq bir məsələ aydındır ki, Türkiyənin Suriyaya ordu yeritməsi məhz Rusiya ilə danışıqlardan sonra başlayıb və bir illik fasilədən sonra Rusiya Türkiyə qırıcılarının Suriya hava məkanına daxil olmasına imkan verib. Türkiyənin Suriya əməliyyatında əsas hədəfi sərhəddəki İŞİD ünsürlərini təmizləmək, eləcə də Türkiyə-Suriya sərhədində böyük bir ərazidə faktiki olaraq muxtariyyət qurmuş PYD kürd qruplaşmasını təmizləmək, kürdlərin ikinci bir muxtariyyət qurmasını əngəlləməkdir.
Türkiyə Silahlı Qüvvələri isə rəsmi açıqlama yayaraq İŞİD-in apardığı qara təbliğatı təkzib edib. Türkiyə ordusu hədəflərin dəqiqliklə incələndiyini, eləcə də hava zərbələrindən sonra da aparılan araşdırmalarla mülki əhalinin hədəfə alınması ilə bağlı iddiaların doğru olmadığı, ordunun hədəfləri sırasında mülki obyektlərin olmadığı bildirilib.
Image result for əl-bab
Türkiyənin əl-Bab əməliyyatını, ümumiyyətlə, Suriyada hərbi əməliyyatları dayandırıb geri çəkilməsi indi əsas mübahisə mövzularından birinə çevrilib. Yuxarıda da qeyd etdiyimiz kimi, bir sıra qüvvələr, o cümlədən müxalifət hökumətin bu əməliyyatı dayandırıb daha çox Türk əsgərinin ölümünün qarşısını almasını tələb edirlər. Bu iddia hardasa savaş və Suriyadakı vəziyyətə baxdıqda müəyyən qədər məntiqi görünə bilir. Çünki Suriya indi çox qarışıq, terror müharibəsinin getdiyi bir ölkəyə çevrilib. Bu cür yerlərdə nizami orduların savaşması çətin olur. Digər tərəfdən, Suriya məsələsində Türkiyənin yenidən xarici siyasətini dizayn etdiyi bir vaxtda Ankaranın problemi diplomatik yollarla həll etməsi də mümkündür – nəzəri baxımdan. Yəni anlaşmadan sonra Suriyada Əsədin və Rusiyanın mövqeləri güclənərsə, o zaman Türkiyəni narahat edən kürd məsələsində də hansısa müsbət nəticə əldə etmək olar.
Amma burada bir neçə amil var ki, Türkiyə hökumətinin geri çəkilməsinə mane olur. Birincisi, Ankara bilir ki, Suriyada kürdləri ABŞ və Qərb ölkələri dəstəkləyir. Kürdlər yeni Suriyada İraqda olduğu kimi muxtar gücə çevriləcəklər və İŞİD-dən alınan ərazilərin böyük hissəsini tutmaqla hətta münaqişədən sonra belə Suriyanın şimalında muxtariyyət olaraq qalacaqlar. Bu isə Türkiyə üçün yolverilməzdir, PKK-nın müttəfiqi olan bir təşkilatın Suriyada muxtariyyət qurması Türkiyəyə ciddi zərbədir. Bu səbəbdən Türkiyə ilk növbədə kürd məsələsinə görə geri çəkilə bilmir.
Image result for əl-bab
İkinci mühüm amil Suriya müxalifətidir. Türkiyə uzun müddət bu qüvvələri dəstəkləyib və onlara hər cür yardımı göstərib. Və indi Suriyada hökumət və rusların mövqelərini möhkəmləndirdiyi bir vaxtda müxaliflərin zəiflədilib küncə sıxışdırılması Türkiyənin maraqlarına cavab vermir. Çünki artıq Suriya münaqişəsi yeni formatda masaya yatırılır və bu danışıqlarda tərəf olmaq üçün gücün və nəzarət etdiyi ərazilərin böyüklüyü önəm daşıyır. Yəni yaxın zamanda başlayacaq danışıqlarda Türkiyənin dəstəklədiyi qüvvələr müəyyən əraziyə nəzarət edən silahlı gücə sahib qüvvələr olmalıdır, əks halda anlaşmada böyük pay alması mümkün deyil. Bu mənada Türkiyənin geri çəkilməsi taktiki və strateji baxımdan real və maraqlara uyğun deyil. Daha ağır zərərləri olsa belə.
Previous Post

“Fərat qalxanı”: İrəli, yoxsa geri?..

Next Post

Azərbaycan Beynəlxalq Bankında daha bir qanunsuzluq

Bənzər yazılar

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53

Fransa Prezidenti Emmanuel Makron Seutaya miqrantların genişmiqyaslı axını fonunda İspaniya ilə sərhəddə təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirmək barədə göstəriş...

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran hakimiyyətinin Hörmüz boğazının bağlanması ilə bağlı növbəti bəyanatını təkzib edərək, beynəlxalq dəniz yolunun...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Elchi.az -  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib....

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

31 İyul 2026 - 19:08

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Next Post

Azərbaycan Beynəlxalq Bankında daha bir qanunsuzluq

Azərbaycan Beynəlxalq Bankında daha bir qanunsuzluq

Son xəbərlər

Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39
Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32
Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28
Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

31 İyul 2026 - 22:24
Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

31 İyul 2026 - 21:49
Ukrayna Prezidenti Türkiyə ilə Azad ticarət barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb

Ukrayna Prezidenti Türkiyə ilə Azad ticarət barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb

31 İyul 2026 - 21:46
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 - 21:40
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

31 İyul 2026 - 21:04
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

31 İyul 2026 - 21:02
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 227 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 227 min manatdan çox ziyan vurulub

31 İyul 2026 - 20:58
CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53
Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

31 İyul 2026 - 19:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.