"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan Beynəlxalq Bankında daha bir qanunsuzluq

09 Yanvar 2017 - 10:15
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

 Azərbaycan Beynəlxalq Bankında daha bir qanunsuzluqMaliyyə Bazarlarına Nəzarət Palatası “Banklar haqqında” qanuna zidd addıma aydınlıq gətirməlidir

 
Son illər dünyada və Azərbaycanda gedən proseslər bank sektorunun ölkənin iqtisadi həyatı üçün nə qədər mühüm əhəmiyyətə malik olduğunu göstərdi. Bir daha təsdiqləndi ki, hər bir ölkənin maliyyə sabitliyi onun bank sisteminin dünyada baş verən maliyyə böhranları zamanı hansı səviyyədə dayanıqlı olmasından asılıdır. 
 
Böhran vəziyyətindən minimum itkilərlə çıxmaqdan ötrü ayrı-ayrı bank və maliyyə qurumları bu vəziyyətləri əvvəlcədən proqnozlaşdırmalı, konkret tədbirlər planı, strateji proqramlar çərçivəsində qabaqlayıcı addımlar atmalıdırlar. Elə ona görə də bütün dünyada bank sistemində, o cümlədən bankların idarə edilməsi sahəsində çalışan şəxslər öz savadları, təhlil qabiliyyətləri və bir sıra fərdi bacarıqları ilə fərqlənirlər. Xüsusilə maliyyə həssaslığı yaşanan ölkələrdə bu insanların özlərindən və ətraflarındakı komandadan gözləntilər çox olur. Eyni zamanda, hər bir ölkədə bank rəhbərliyində çalışan işçilər qarşısında həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə xüsusi tələblər qoyulur. 
Azərbaycanda banklarda rəhbər vəzifələrdə çalışan şəxslərin təhsilindən tutmuş, əmək fəaliyyətinə qədər bütün tələblər “Banklar haqqında” qanunla tənzimlənir. Bu qanun 16 yanvar 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minib. Qanunun 10-cu maddəsində bank inzibatçılarına, yəni, bankların idarəetməsində çalışan şəxslərlə xüsusi tələblər göstərilib. Qeyd edək ki, bank inzibatçıları Bankın idarə heyətinin sədri və üzvləri, filial müdirləri, müşahidə şurasının üzvləridir.
Image result for Beynəlxalq Bank
“Banklar haqqında” qanunun 10-cu maddəsində inzibatçıların kimliyi, yaxın qohumluq əlaqələri, təhsili, iş təcrübəsi və s. daxil olmaqla bütün incə detallar öz əksini tapıb. Burada əsas məqamlardan biri də maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir il ərzində bankda qərarların qəbul edilməsi proseslərində iştirak etmiş, yəni həmin bankın rəhbərliyində olmuş bir şəxsin üç il ərzində başqa bankın inzibatçısı ola bilməməsi barədə müddəadır. Bu müddəanın mahiyyəti ondan ibarətdir ki, bir bankda  rəhbər vəzifədə işləyən şəxs və ya şəxslərin yanlış idarəetmə strategiyası, səhv qərarları səbəbindən, əgər bank müflis olubsa, o şəxslər 3 il ərzində başqa heç bir bankda rəhbər vəzifə tuta bilməzlər.
Maraqlı burasındadır ki, hazırda ölkənin maliyyə sistemində son dərəcə həssas bir durumun yaşanmasına və belə bir durumda qanunvericiliyə ciddi əməl edilməsi zərurətinə baxmayaraq, “Banklar haqqında” qanunun həmin tələbinə riayət edilmir. Bunu, ölkəmizin ən böyük bankı, son illər ətrafında kifayət qədər səs-küylü qalmaqallar baş verən Azərbaycan Beynəlxalq Bankına münasibətdə də görə bilərik. Məlum olduğu kimi, hazırda bu banka rəhbərliyi Xalid Əhədov edir.
 
04 iyul 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatası Xalid Əhədovu “Bank Standard”ın baş direktoru təyin edərək bankın idarə olunmasını ona tapşırdı və 02 avqust 2016-cı ildə Xalid Əhədov “Bank Standard”ın İdarə Heyətinin sədri vəzifəsinə təyin olundu.
Həmin dövrdə həm bank sektorunda, həm də,  “Bank Standard”ın  müştəriləri arasında bir inam yarandı ki, bank sistemində baş verən qeyri-müəyyənliyə dövlət müdaxiləsindən sonra, nəhayət, vəziyyət normallaşacaq. Amma bir müddət keçəndən sonra “Bank Standard”da işlərin qaydasına düşəcəyi, bankın əvvəlki gücündə işləyə biləcəyi haqqında ümidlər sönməyə başladı. Xalid Əhədovu bu banka rəhbər təyin etmiş Maliyyə Bazarlarına Nəzarət Palatası onun uğursuz fəaliyyəti və yanlış qərarları ucbatından 01 oktyabr 2016-cı il tarixində “Bank Standard”ın  lisenziyasını ləğv edərək fəaliyyətinə xitam verəsi oldu.
Amma bundan təxminən iki ay sonra, 08 dekabr 2016-cı il tarixində, qeyd etdiyimiz kimi, ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankının idarə olunması Xalid Əhədova tapşırıldı. Belə ki, həmin tarixdə Xalid Əhədov Beynəlxalq Bankın İdarə Heyətinin üzvü seçilməklə yanaşı, sədr vəzifəsinin də icrasına başladı. Bura qədər hər şey normal görünə bilər, amma orası təəccüblüdür ki, yuxarıda göstərilən “Banklar haqqında” qanunun 10-cu maddəsinin tələblərinə  zidd olan bu təyinata bir aydır ki, heç bir qurum aydınlıq gətirmir və bu halı görməzdən gəlir. 
Image result for Maliyyə Bazarlarına Nəzarət Palatası
Maliyyə Bazarlarına Nəzarət Palatasının qanunlara əlavə və düzəlişlər etmək səlahiyyəti yoxdur. Azərbaycanda bütün qanunlar ölkənin ali qanunverici orqanı olan Milli Məclis tərəfindən qəbul edilir və Prezidentin imzasından sonra qüvvəyə minir. Qanunlar bütün ölkə vətəndaşları üçün eynidir. Burada hər hansı istisna hal nəzərdə tutulmayıb. Bu halda, qanunun tələblərinə zidd təyinatın anlamı nədir?!
 
Ona görə də indi bir çoxlarında sual yaranır ki, yoxsa Azərbaycan Beynəlxalq Bankını da, “Bank Standart”ın taleyimi gözləyir və həmin bankın bağlanmasına səbəb olmuş Xalid Əhədov Beynəlxalq Banka da eyni məqsədlə gətirilib və Palata da elə buna görə susur?!
 
Image result for Xalid Əhədov

Xalid Əhmədov

Azərbaycan Prezidentinin imzaladığı və ölkənin bank-maliyyə sektorunda münasibətləri tənzimləyən əsas qanunun bu şəkildə pozulmasına, bütün hallarda Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən cavabı olmalıdır.
 
Bizim Xalid Əhədovun personasına sözümüz yoxdu, sadəcə olaraq, onun timsalında Maliyyə Bazarlarına Nəzarət Palatasının yol verdiyi qanunsuzluğu ictimai diqqətə çatdırmaq istəyirik. 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 
Previous Post

Azərbaycan Beynəlxalq Bankında daha bir qanunsuzluq

Next Post

ABŞ-ın terrorçularla əlaqəsi ifşa olundu – FOTOLAR

Bənzər yazılar

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59

2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə sayı məlum olub. Elchi.az "AzEdu.az"a istinadən xəbər verir ki, onlardan...

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44

Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Bizim ölkəmizdə İslam dininin dəyərləri ilə yanaşı, digər dinlərlərin də dəyərləri qorunur, hörmətlə...

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41

Azərbaycanın Baş naziri Əli Əsədov Mərakeşin hökumət başçısı postuna təyin olunması münasibətilə Fatimə Əzzəhra Əl-Mənsurini təbrik edib. Elchi.az xəbər verir...

Next Post

ABŞ-ın terrorçularla əlaqəsi ifşa olundu - FOTOLAR

ABŞ-ın terrorçularla əlaqəsi ifşa olundu - FOTOLAR

Son xəbərlər

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib

ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib

12 Oktyabr 2026 - 20:33
Merz ABŞ və Rusiya arasında yanacaqla bağlı razılaşmaya münasibət bildirib

Merz ABŞ və Rusiya arasında yanacaqla bağlı razılaşmaya münasibət bildirib

12 Oktyabr 2026 - 19:28
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

12 Oktyabr 2026 - 19:20
Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

12 Oktyabr 2026 - 19:11
Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib – YENİLƏNİB

Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib – YENİLƏNİB

12 Oktyabr 2026 - 18:56
Zelenski: Ukraynada seçkilər mümkün deyil

Zelenski: Ukraynada seçkilər mümkün deyil

12 Oktyabr 2026 - 18:43
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

12 Oktyabr 2026 - 18:35
Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

12 Oktyabr 2026 - 18:26
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

12 Oktyabr 2026 - 18:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.