İrlandiya prezidenti Maykl D.Higginsin fevral ayında yüngül insult keçirdiyi məlum olub.
Elchi.az xəbər verir ki, İrlandiya prezidenti Maykl D. Higgins bu gün yerli qəzetə verdiyi müsahibədə fevral ayında yüngül insult keçirdiyini və bu səbəbdən bir həftə xəstəxanada müalicə aldığını bildirib.
Higgins müsahibəsində “Mən indi daha yaxşıyam. Bu, mənim keçirdiyim yüngül insult növü idi və mənim idrak qabiliyyətimə təsir etmədi. Bu, mənim sadə motor bacarıqlarıma təsir etdi. İndi sol əlimdən tam istifadə edirəm. “Ancaq insultdan dolayı belimdəki problemlər daha da pisləşdi” deyib.
Prezidentlikdən verilən açıqlamada Higgins-in yüngül zəiflikdən əziyyət çəkdiyi və tam sağalması gözlənildiyi qeyd edilib. Qeyd olunub ki, ötən həftə 83 yaşı tamam olan prezident Higgins xəstəxanadan buraxıldıqdan sonra vəzifəsinə qayıdıb.
Higgins-in ikinci müddətinin gələn il başa çatacağı gözlənilir.
Şayəstə Hüseynova