İranlı ruhani İsrail rəsmiləri ilə gizli görüşdü

38

İran hakimiyyətinin qatı əleyhdarı olan məşhur ruhani bir neçə gün öncə İsrailin Baş naziri Benyamin Netanyahuya yaxın rəsmilərlə gizli görüş keçirib.
Elchi.az xəbər verir ki, bu barədə İsrailin “İ24” televiziya kanalının xüsusi reportajında məlumat yayılıb.
Görüşdə iştirak edən Benyamin Netanyahuya yaxın mənbə faktı təsdiqləyib, lakin din xadiminin həyatının təhlükədə olacağına görə adının açıqlanmamasını xahiş edib.
Həmçinin, reportajda sözügedən din xadiminin İranda hakim rejimi sərt tənqid etdiyi, tez-tez ABŞ-ın sağçı dairələrinin qonağı olduğu bildirilib.