İranlı qadınlar və onların cəsarəti ilhamvericidir.
Elchi.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının birinci vitse-prezidenti Kamala Harris özünün Tvitter hesabında yazıb.
O, “Taym” jurnalının üz qabığında iranlı qadınların “2022-ci ilin qəhrəmanları” elan edilməsinə toxunaraq, İran hökumətinin amansız repressiyalarda məsuliyyət daşıması üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcəklərini açıqlayıb.
Qeyd edək ki, illik ənənəyə əsasən dekabrın 7-də “Taym” jurnalı Ukrayna prezidenti Vladimir Zelenskini “2022-ci ilin adamı”, iranlı qadınları isə “2022-ci ilin qəhrəmanları” elan edib.
Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib
ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...