İranın tanınmış 30 yaşlı müğənnisi Mürtəza Paşayi 30 yaşında xərçəngdən vəfat edib.
Elçi-nin xarici informasiya vasitələrinə istnadən məlumatına görə,onun ölmü İranda “mili faciə” kimi qarşılanıb. Müğənninin dəfnində on minlərlə insan iştirak edib. İştirakçı sayına və izdihamına görə bu yürüş 2009-cu ildə Tehranda keçirilən etiraz aksiyalarını xatırladıb.
Paşayi öz yaşıdları arasında sevilən səs olub. O, 14 yaşından oxumağa başlayıb. Mütəxəssislərin fikirincə,Mürtəza Paşayi həm qərbyönlü şəhərlilər, həm də ənəvi İran musiqisini sevənlər arasında məşhur olub.
Bir neçə ay öncə,onun mədədsində xərçəng aşkarlanıb.
M.Paşayi siyasi mahnılar oxumaqdan yayınaraq,romantik balladalar ifa edirmiş.Dəfnə qatılanlar onun oxuduğu balladalardan parçalar ifa edib. M.Paşayinin dəfn mərasimi İran televiziyası ilə yayımlanıb.