“İranın elə raketləri var ki, ABŞ-ın ağlına belə gəlməz”
Elchi.az “News.am”-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı, admiral Əlirza Tanqsiri bildirib.
Onun sözlərinə görə, müxtəlif hərbi təlimlər zamanı İran ölkənin müharibə vəziyyətində istifadə edə biləcəyi müxtəlif silah növlərini nümayiş etdirib: “Bu gün amerikalıların ağlına belə gətirməyən raketlərimiz var”,-deyə o, əlavə edib.
Admiral İranın 6-8 metrlik qayıqlarda raket yerləşdirməyi bacaran yeganə ölkə olduğunu qeyd edərək, düşmənlərin Fars körfəzi, Oman dənizi və Hind okeanı vasitəsilə ölkəyə çatmaq şansının olmadığını vurğulayıb.
O qeyd edib ki, Amerika qoşunları 20-ci əsrin əvvəllərindən Fars körfəzində mövcuddur: “Amerika eskadrilya minaaxtaran gəmisi həftədə 2 milyon dollar, minaaxtaran gəmi isə həftədə 5 milyon dollar qazanır və onlar regionda qalmaq üçün bu məbləği ödəyirlər”,-deyə Ə.Tanqsiri əlavə edib.
Yeganə