İranın Nüvə Obyektlərinin Mühafizə Komandiri, “Əllərimiz tətikdədir, İsrailin nüvə obyektləri aşkar edilib. Hədəfləri məhv etmək üçün güclü raketlər atmağa hazırıq” deyib.
Elchi.az xəbər verir ki, İranın Nüvə Obyektlərinin Mühafizəsi Komandanı İsrailə qarşı şok açıqlamalar verib.
İranın Nüvə Obyektlərinin Mühafizə Komandiri, “Əllərimiz hazırdır, İsrailin nüvə obyektləri aşkarlanıb. Hədəfləri məhv etmək üçün güclü raketlər atmağa hazırıq. Əgər İsrailin nüvə obyektlərimizi vurmağa cəhd etsəniz, mütləq cavab verəcəyik” deyib.
İran İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri deyib ki, İran İsrailin təhdidləri qarşısında öz “nüvə doktrinasına” yenidən baxa bilər. O, həmçinin bildirib ki, hazırda İrandakı nüvə obyektləri tam təhlükəsizdir.
Şayəstə Hüseynova