İran təhsil sistemində köklü bir dəyişiklik edərək, ölkə daxilindəki bütün məktəblərdə distant təhsilə keçmək qərarına gəlib.
Elchi.az xəbər verir ki, yarı-rəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, İran Təhsil Nazirliyinin sözçüsü bu təcrübənin 21 apreldə başlayacağını açıqlayıb.
Bu, təhsilin bütün səviyyələrini əhatə edir
Təhsil Nazirliyi distant təhsilə keçmə qərarının ölkə miqyasında təhsilin bütün səviyyələrini və mərhələlərini əhatə edəcəyini bildirib.
Məlumata görə, bu təcrübə sonrakı xəbərdarlığa qədər qüvvədə qalacaq.
Qərarın səbəbi ilə bağlı hələlik rəsmi və ətraflı izahat verilməsə də, tədbirin ölkədəki mövcud şəraitə uyğun olaraq görüldüyü bildirilir.
Rəsmilər bildiriblər ki, şagird və müəllimlərin sistemə uyğunlaşması üçün lazımi texniki hazırlıqlar aparılır.
Şayəstə





















