Yanvar ayından bəri İranda saxlanılan Yaponiya ictimai yayımçısı NHK-nın Tehran müxbiri girov müqabilində azadlığa buraxılıb.
Elchi.az xəbər verir ki, Kyodo xəbər agentliyinin məlumatına görə, Yaponiya Nazirlər Kabinetinin baş katibi Kihara Minoru mətbuat konfransında adı açıqlanmayan yapon jurnalistin dünən azadlığa buraxıldığını təsdiqləyib.
Kihara bildirib ki, girov müqabilində azadlığa buraxıldıqdan sonra jurnalist Tehrandakı Yaponiya səfiri ilə görüşüb və səhhətinin yaxşıdır. Casusluqda ittiham olunan jurnalistə qarşı irəli sürülən ittihamlar səbəbindən ölkəni tərk etməyə icazə verilmir və yaxın günlərdə hakim qarşısına çıxması gözlənilir.
Bundan əlavə, Tokio hökuməti azadlığa buraxılan jurnalistin ən qısa müddətdə Yaponiyaya qayıtmasına icazə vermək üçün Tehran hakimiyyəti ilə diplomatik səylərini davam etdirir. Digər tərəfdən, eyni dövrdə saxlanılan başqa bir yapon vətəndaşı da azadlığa buraxıldıqdan sonra ölkəsinə qayıdıb.
Böhranı həll etmək üçün Yaponiyanın xarici işlər naziri Motegi Toşimitsu İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb və vətəndaşlarının azadlığa buraxılmasını istəyib.
Şayəstə





















