İranda ötən sutka ərzində 41 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 680 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1 510 nəfər koronavirusa yoluxub.
Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 196 913 nəfərə çatıb.