İranda ilk dəfə türklər yaşayan bölgələrin adət-ənənələri ilə bağlı festival keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə İranın mədəniyyət portalı olan “Teatr” saytı məlumat yayıb.
“İran türkdillilərinin milli-ənənəvi ritual festivalı” adlı mədəni tədbir Orfan Azad Teatr İnstitutunun himayəsi və Zəncan əyalətinin mədəniyyət qurumlarının dəstəyi ilə keçiriləcək.
30 yanvardan başlayaraq Zəncan şəhərində baş tutacaq festival iki mövzu əsasında – “Türk hekayə və lətifələrinə əsaslanan yerli-ənənəvi ritual sənətləri” və “Qədim yerli oyunları və türk ritualları” – keçiriləcək.
Bakıda AQEM Media Forumu keçirilir
Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir....





















Son şərhlər