İranın Rəşt və Gürqan şəhərlərinin həbsxanalarında narkotik maddələrin alveri və cinayət törətməkdə günahlandırılan 5 nəfər edam edilib.
Elchi.az xəbər verir ki, insan hüquqları təşkilatının yaydığı məlumatda Peyam Nurullahi, Abbas Abdullahi, Fəriborz Şahbazi, Məcid Mehdipur və Məsud İffəti adlı məhkumların 13-14 dekabr tarixlərində edam olunduğu bildirilib.
İran məhkəmə sistemi və mediası edamlar barədə hər hansı məlumat yaymayıb.
Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı son bəyanatında bu ilin oktyabrına kimi olan edam sayının ötən ilin eyni dövrü ilə müqayisədə 98% çox olduğunu açıqlayıb.
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan XİN-dən "Factor"un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, Ermənistan...