Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsi zamanı Rusiya Prezidenti Vladimir Putinə Türkiyə, Rusiya və Suriya liderləri arasında görüş keçirməyi təklif etdiyini bildirib.
Elchi.az-ın “Vesti.ru”ya istinadən xəbərinə görə, Ərdoğan Putinin sözügedən təklifə müsbət reaksiya verdiyini bildirib.
Türkiyə lideri qeyd edib ki, bundan əvvəl kəşfiyyat xidmətləri, müdafiə və xarici işlər nazirlərinin görüşü keçirilməlidir.
Ərdoğan Suriya lideri Bəşər Əsədlə görüşü istisna etməyib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini, prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov daha əvvəl bildirmişdi ki, Moskva Ankara və Dəməşqə vasitəçilik etmir. Lakin Rusiyadan xahiş olunarsa, bunu etməyə hazırdır.
Yeganə