İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi hücumun hələ bitmədiyi barədə xəbərdarlıq edərək, əməliyyatın İranın ruhani rəhbərliyini alçaltdığını deyib.
Elchi.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“Məqsədimiz İran xalqını istibdad boyunduruğundan əl çəkməyə məcbur etməkdir. Nəhayət, bu, onların öz ixtiyarındadır. Amma heç bir şübhə yoxdur ki, indiyə qədər atdığımız addımlarla onların sümüklərini sındırırıq və hələ işimiz bitməyib”, – Netanyahu bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olub. Buna cavab olaraq İran İsrailə və ABŞ-ın bölgədəki hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ-ın hücumları nəticəsində İranın ali dini lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək rütbəli məmurlar da həlak olub.
Martın 2-də Hizbullah da İsrailə qarşı müharibəyə girdi. İsrail hərəkata qarşı hücuma başladığını elan etdi.
Yeganə





















