İran Avropa İttifaqının, xüsusilə, Almaniyanın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı yeni sanksiyalar tətbiq etmək qərarını qanunsuz hesab edir.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani məlumat verib.
“Almaniya hakimiyyətinin SEPAH-a qarşı sanksiyalar tətbiq etmək qərarı ilə bağlı açıqlamaları həmin ölkələrin İrana qarşı məsuliyyətsiz hərəkətlərinin davamıdır”, – deyə Kənani bildirib.
N.Kənani SEPAH-ın İranın rəsmi hərbi orqanı olduğunu vurğulayıb. İran XİN-in rəsmi nümayəndəsi Almaniya və digər Avropa ölkələrinin Tehrana qarşı destruktiv hərəkətlərinin nəticələrinə diqqət yetirəcəklərini qeyd edib.
Yeganə