HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü İzzat ər-Rişk bildirib ki, İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qarşı quru əməliyyatına başlasa, uğursuzluğa düçar olacaq və məğlub olacaq.
Elchi.az xəbər verir ki, HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü İzzət ər-Rişkin məsələ ilə bağlı bəyanatı HƏMAS-ın Telegram platformasındakı hesabında dərc olunub.
Rişk açıqlamasında “Bizi Rəfaha qarşı quru əməliyyatı ilə hədələyirlər və biz uğursuzluğa düçar olacağımıza və onları məğlub edəcəyimizə söz veririk” deyib.
HƏMAS rəsmisi Rişkin bəyanatı Qəzza zolağında atəşkəs danışıqları üçün yola çıxan Həmas heyətinin paytaxt Qahirəyə gəlişindən az sonra verilib.
Misir mediası Qəzza zolağında atəşkəs danışıqları üçün yola çıxan Həmas heyətinin bu gün paytaxt Qahirəyə gəldiyini açıqlayıb.
Şayəstə Hüseynova