“İran, Çin və Rusiya çərşənbə axşamı Tehranda nüvə məsələlərinə dair üçtərəfli görüş keçirəcək”.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında məlumat verib.
“Düşünürəm ki, sabah Tehranda nüvə məsələsi ilə bağlı Rusiya və Çinlə üçtərəfli görüş olacaq”, – deyə o, danışıqların üç ölkənin xarici işlər nazirləri səviyyəsində aparılmayacağına diqqət çəkib.
İyulun 20-də İranın ali dini liderinin müşaviri Əli Laricani Kremldə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Danışıqlar zamanı həmsöhbətlər ikitərəfli münasibətləri, Yaxın Şərqdə vəziyyətin pisləşməsini, İranın nüvə proqramını müzakirə ediblər. Laricani Putinə İran hakimiyyətinin mesajını da çatdırıb.
Yeganə


















