Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.
Bu barədə Elchi.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında, Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında və 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin yaxınlığında (üzü mərkəz istiqamətində) minib-düşmə yerləri istifadəyə verilib.
Qeyd edilib ki, minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, həmçinin təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.
Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ
Respublikanın avtomobil yollarında vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, noyabrın 10-da gecə və səhər saatlarında bəzi dağlıq...


















