ABŞ prezidenti Donald Tramp İranla razılaşmanın çox güclü olacağını bəyan edib.
Elchi.az xəbər verir ki, İran və ABŞ iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılan memorandumun tamamlandığını təsdiqləyiblər.
Memorandumun Hörmüz boğazını bağlayacağı gözlənilir. İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Tehran və Vaşinqton yekun razılaşmanın hazırlanması üçün memorandumun imzalanmasından sonra 60 gün ərzində danışıqlar aparmalıdır.
Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə ikitərəfli görüşdə Tramp deyib: “Onların heç vaxt nüvə silahı olmayacaq. Deməli, bu, çox, çox güclü razılaşmadır. Bu, çox güclü razılaşmadır. Bunun nə olduğunu heç kim bilmir. Bu, çox güclüdür və insanların çoxu bundan çox məmnun görünür”.
Yeganə





















