İran casusluqda ittiham olunan iki fransızı vaxtından əvvəl həbsdən azad edib. Elchi. az Lent.ru-ya istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib.
“İndiyə qədər İranda həbsdə olan həmvətənlərimiz Benjamin Brier və Bernard Felan bu cümə, mayın 12-də Fransaya yollanırlar”. Nazir iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla görüşündə deyib.
Xarici işlər nazirinin sözlərinə görə, Fransanın Tehrandakı səfirliyindəki Böhran və Dəstək Mərkəzi İran həbsxanasında saxlandığı bütün müddət ərzində məhbuslara bütün həbs müddətində dəstək verib.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının diplomatiya rəhbəri Cozep Borrel İranda casusluqda ittiham olunaraq edam cəzasına məhkum edilmiş İran-Britaniya vətəndaşı Əlireza Əkbərinin edamını pisləyib. Məlumdur ki, İran hakimiyyəti iki vətəndaşlığı olan ölkənin keçmiş müdafiə nazirinin müavininə qarşı ölüm hökmü çıxarıb.
Havar Şəfiyeva