Əgər ABŞ ölkəyə qarşı dəniz blokadasını davam etdirərsə, İran tərəfi “praktiki və görünməmiş hərbi tədbirlər” görəcək.
Elchi.az xəbər verir ki, bu barədə “Press TV” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İran Silahlı Qüvvələri hesab edir ki, ABŞ-ın hərəkətlərinə “cəzalandırıcı cavab” verilməlidir. Vurğulanır ki, qoşunların bu vaxta qədər nümayiş etdirdiyi təmkinlilik məsələnin diplomatik yolla həllinə şans vermək məqsədi daşıyıb.
Məryəm





















