İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın atəşkəsi pozmasına cavab olaraq Bəhreyn və Küveytdəki 85 Amerika hərbi obyektini raket və dronlarla hədəf aldığını açıqladı.
Elchi.az xəbər verir ki, Iran Press TV-nin məlumatına görə, hərbi əməliyyat ABŞ-ın Hörmüz boğazındakı İran mövqelərinə hava hücumlarına cavab olaraq həyata keçirilib.
İnqilab Keşikçiləri Küveytdəki Əli əl-Salem Hava Bazasına və Bəhreyndə yerləşən ABŞ-ın 5-ci Donanmasının komandanlıq mərkəzlərinə və hərbi infrastruktur obyektlərinə zərbə endirildiyini açıqladı.
Bəyanatda Vaşinqtonun son hərəkətlərinin iki ölkə arasında imzalanmış anlaşma memorandumunu və atəşkəs şərtlərini açıq şəkildə pozduğu iddia edildi.
ABŞ pilotsuz təyyarəsi vurulub
İnqilab Keşikçiləri Korpusu həmçinin İranın cənubundakı Buşəhr əyalətinin Hörmüz bölgəsi səmasında ABŞ-ın MQ-9 “Reaper” tipli pilotsuz təyyarəsini hava hücumundan müdafiə sistemləri ilə birlikdə vurduğunu iddia etdi.
İran rəsmiləri təyyarənin “hava hücumu” əməliyyatları apararkən hədəfə alındığını iddia etdilər. ABŞ hakimiyyəti tərəfindən bu iddianın təsdiqi hələlik yoxdur.
Şayəstə





















