İran Avropa İttifaqının İslam Respublikasına qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə cavab olaraq Aİ-yə aid 12 fiziki və 8 hüquqi şəxsi sanksiyalar siyahısına daxil edib.
Elchi.az-ın News.am-a istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Almaniyanın “Deutsche Welle” media şirkətinin farsca redaksiyaları və Fransanın “Radio France İnternationale” radiostansiyası sanksiya siyahısına daxil edilib.
Bundan əlavə, İran İslam Respublikası Almaniyanın “Bild” qəzetinin baş redaktorlarına və Avropa Parlamentinin bir neçə deputatına qarşı sanksiyalar tətbiq edib.
Yeganə