İran, iki tərəfin razılığa yaxınlaşa biləcəyi barədə xəbərlərdən sonra ABŞ-ın müharibəyə son qoymaq təklifini “hələ də nəzərdən keçirdiyini” açıqladı.
Elchi.az xəbər verir ki, ABŞ-da yerləşən Axios xəbər saytı çərşənbə günü Ağ Evin İranla 14 maddəlik anlaşma memorandumu imzalamağa yaxın olduğunu bildirdi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-ın təklifinin araşdırıldığını və fikirlərini Pakistan vasitəçiləri vasitəsilə bölüşəcəklərini təsdiqlədi.
Pakistan xarici işlər naziri ölkəsinin bu atəşkəsi davamlı sülhə çevirmək üçün “səylər göstərdiyini” bildirdi.
ABŞ prezidenti Donald Tramp da son 24 saat ərzində İranla “çox yaxşı danışıqlar” aparıldığını və razılaşmanın mümkün olduğunu bildirdi.
14 maddəlik layihəyə nələr daxildir?
Axios-a görə, bir səhifəlik anlaşma memorandumu daha ətraflı nüvə danışıqları üçün çərçivə təmin edə bilər.
Layihəyə daxil olan bəzi məqamlar bunlardır:
İranın nüvə zənginləşdirmə fəaliyyətlərini dayandırması.
ABŞ sanksiyalarının ləğvi və dondurulmuş vəsaitlərin sərbəst buraxılması.
Hörmüz boğazından sərbəst keçidin bərpası.
Lakin, bu şərtlərin bir çoxunun yekun razılaşmanın əldə edilməsindən asılı olduğu bildirilir.
Şayəstə





















