İran ABŞ-ı “Yeni Vyetnam və ya Əfqanıstan”la hədələyir

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayaraq, Yaxın Şərqdə tələsik addımlar atacağı təqdirdə ABŞ-ı sərt cavabla hədələyib.
Elchi.az xəbər verir ki, onun mətnini İranın İSNA agentliyi yayıb.
"ABŞ-ın bölgədəki hər hansı fitnəsi Vyetnam və Əfqanıstanın taleyini onların başına gətirəcək ", - bəyanatda deyilir.
İranın Baş Qərargahı həmçinin Vaşinqtonu regionda sabitliyi pozmaq üçün İranın qonşularını İslam Respublikasına qarşı qeyri-dost hərəkətlərə təhrik etməkdə ittiham edib.
Nuranə Məmmədova