İrəvanda seçici fəallığı kəskin endi

86

Ermənistan Mərkəzi Seçki Komissiyası sentyabrın 17-də İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə yekun seçici fəallığı ilə bağlı son məlumatı açıqlayıb.

Elchi.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan bildirib ki, yerli vaxtla saat 20:00-da, yəni məntəqələrin bağlandığı vaxta kimi 824 250 seçicidən 234 553-ü seçkilərdə iştirak edib ki, bu da səsvermə hüququ olanların 28,46%-ni təşkil edir.

O, seçici fəallığının rekord səviyyədə aşağı olduğu, İrəvanda belə mənzərənin heç vaxt yaşanmadığını qeyd edib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci il sentyabrın 23-də keçirilən əvvəlki paytaxt seçkilərində “məxməri inqilab” eyforiyası fonunda yekun seçici fəallığı 43,65% təşkil etmişdi.