"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İqtidar qırmızı xətti də keçdi… – Elbəyi Həsənli

29 İyul 2015 - 11:49
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Ölkəmizdə bu ərazidə zəlzələ olub

 İqtidar qırmızı xətti də keçdi... - Elbəyi Həsənli

Bu yazıya CNN-in məşhur aparıcısı Kristina Amanpurun qanadlı bir ifadəsi ilə başlamaq istərdim: “Mən inanıram ki, yaxşı jurnalistika bizim dünyamızı gözəl bir məkana çevirə bilər”. Amerikanın başqa bir əfsanəsi-“Tolk Show” aparıcısı Craig Ferguson da  jurnalistikanı göylərə qaldırıb: “Bir gün anladım ki, mən jurnalist deyiləm. Ona görə də mənim nə deməyimin elə bir önəmi yoxdur”.
Jurnalistikaya cəmiyyətdə rəğbət bəzən elə bir həddə olur ki, bu kimi romantik təriflər əndazəni aşır. Düşünün, Hindistan Azadlıq Hərəkatının ruhani lideri Mahatma  Qandi deyir ki, mən insanların bərabərhüquqlu olmasına inanıram, amma bu sıraya jurnalistlər daxil deyil, onlar sıradan insanlardan daha üstündürlər.
İndi isə Göylərdən Yerə enmək gərəkir. Bu işdə bizə alkoqol və narkotik aludəçisi olan Amerikanın əfsanəvi jurnalisti Hanter Stokton Tompson kömək edə bilər. Görün o, jurnalistika haqqında dəhşətli həqiqəti necə etiraf edir : “Əgər mən son 10 ildə bildiyim bütün həqiqətlər yazsaydım, onda özüm də daxil olmaqla, ən azı 600 nəfər həbsxanaya düşməliydi. Mütləq həqiqət nadir bir şeydir və istifadə üçün son dərəcə zərərlidir”…
Jurnalistikanın təhlükəli peşə olması isə İŞİD ortaya çıxdıqdan sonra daha aydın göründü. Suriyada “Cihadçı Con” ləqəbi ilə məşhur olan terrorçu sanki jurnalistlərin başın kəsmək üçün bu dünyaya gəlibmiş…
Dünyanın bir çox yerlərində jurnalistlərin problemi var. ABŞ prezidenti Barak Obama bu yaxınlarda bununla bağlı bəzi məqamlara toxunmuşdu. Bildirmişdi ki, dünyanın bir çox yerlərində azad mətbuat, həqiqəti gizlətmək istəyən və yaxud vətəndaşların müstəqil qərarlarına etibar etməyən hökumətlər tərəfindən hücumlara məruz qalır. Jurnalistlər təqib olunur, bəzən hətta qətlə yetirilirlər. Müstəqil kütləvi informasiya vasitələri bağlanır. Fikir ayrılığı susdurulur. Sərbəst ifadə azadlığı boğulur.
Amma orası da var ki, 2010-cu ildən ABŞ-ın diplomatik sənədlərini mətbuata sızdıraraq dünyanın gündəmini zəbt edən “WikiLeaks” saytının qurucusu Culian Assanja Fransa kimi ölkə belə ABŞ-ın qorxusundan siyasi sığınacaq vermədi. Bəllidir ki, məhz Amerika hakimiyyəti onu jurnalist fəaliyyətinə görə nə vaxtdır ki, təqib edir.
Əlbəttə, bu fakt Amerikada mətbuat azadlığına kölgə salır. Amma Amerikada olan mətbuat azadlığının səviyyəsi qarşısında Azərbaycan kimi ölkələr son dərəcə miskin görünür…
Əgər yadınızdadırsa, Norveçdə mühacir qismində yaşayan azərbaycanlı jurnalist İdrak Abbasov  bu yaxınlarda Kristina Amanpura bir məktub göndərmişdi. O, xahiş etmişdi ki, xanım jurnalist Azərbaycanda həbsdə olan həmkarlarının azadlığa buraxılmasına köməklik göstərsin. Təəssüf ki, o müraciətdən də elə bir xəbər çıxmadı. Düzdür, İsveçrədə mühacirətdə olan Emin Hüseynovdan müsahibə götürən Amanpur canlı efirdə xeyli canfəşanlıq nümayiş etdirdi və Azərbaycan iqtidarını kəskin ifadələrlə suçladı…
Ancaq bu bir həqiqətdir ki, Azərbaycanda jurnalistlərin, xüsusən tənqidçi jurnalistlərin iqtidarla həqiqətən də ciddi problemləri var. Şübhəsiz ki, bu problemlər də süni şəkildə hökumət tərəfindən yaradılır. Elə bu səbəbdən də hazırda xeyli həmkarımız dörd divar arasında “asudə vaxt keçirməkdən zövq alırlar”. Ancaq elə jurnalistlər var ki, onlar xeyli uzaqdadır. Avropada siyasi sığınacaq alıblar. Bu sırada xaricdən yayımlanan “Azərbaycan saatı” tele-verlişinin aparıcısı Qənimət Zahid və Meydan Tv-nin rəhbəri Emin Milli iqtidar yetkililəri üçün xüsusi önəm daşıyır. Elə bunun təsirindəndir ki, Qənimət Zahidin 3 qohumun həbs ediblər,  ikisi də axtarışdadır.  Adıçəkilən şəxslər Bakıda yaşayarkən dəfələrlə təqib olunublar, ömürlərinin xeyli hissəsini də həbsdə yatmaq zorunda qalıblar. İndi isə onlara fiziki mənada əli çatmayan iqtidar yeni üsula əl atıb. Belə ki, artıq rejimə müxalif olanların qohum-əqrəbasına keçiblər. Siyasətdən bixəbər qohumları narkotik ittihamı ilə tuturlar. Bu işdə də heç bir ölçü, əndazə gözlənilmir. Amma nahaq yerə. Qırmızı xətti keçən iqtidar getdikcə hətta iqtidara cani-dildən dəstək verən adamları belə öz əleyhinə qaldırır.
Belə cinayətlərə rəvac verənlər bilməlidir ki, hər belə bir addımdan sonra Azərbaycan sivil dünyadan uzaqlaşır. Mədəni millətlər yad planetlərdə məskunlaşmağa can atırlar, bizim iqtidarımız isə hələ də “əcinnə” ovundan məst olmaqdadır. Vallah, ayıbdır.
Cənablar, Azərbaycan Şimali Koreyadır, yoxsa Səudiyyə Ərəbistanı? Bunu mən soruşmuram ha, “The Washington Post” qəzeti bu günlərdə Şimali Koreyada keçirilmiş bələdiyyə seçkisində əhalinin 99,97 faizinin iştirakından yazmışdı. Dünyada olan digər absurd seçki nəticələrinə diqqət çəkən qəzet qeyd edir ki, Şimali Koreyanın tayı olan ölkələr də var. Misal kimi Qazaxıstan, Misir və Azərbaycandakı seçkilərin nəticəsi yada salınırdı…
Ümumiyyətlə “The Washington Post” Azərbaycana qarşı son vaxtlar kəskin mövqe nümayiş etdirir. Məsələn, ötən ay qəzet Səudiyyə Ərəbistanı ilə Azərbaycanı insan hüquqlarını ələ salmaqda qınamışdı. Özü də bu fikir məhz məqalənin başlığında getmişdi. (“A mockery of human rights in Saudi Arabia and Azerbaijan”.) Məqalədə yazılıb ki, bloqçu Raiv Bədəvi azad fikirlərinə görə Səudiyyə hökuməti tərəfindən min şallaq zərbəsinə və 10 illik həbsə məhkum edilib. Azərbaycanda da vəziyyət Səudiyyə Ərəbistanından yaxşı deyil…
Daha öncə isə qəzet Xədicə İsmayıl və Leyla Yunusun həbsxanadan göndərdiyi yazıları çap etmişdi. Yəni, o yazılarda səslənən ittihamları bütün dünya oxuyur. İqtidar da ən yaxşı halda “Azərbaycan” qəzetində Amerikanı yıxıb sürüyürlər.
Etiraf edək ki, Qərb mediasında Azərbaycan haqqında müsbət bir şey oxumaq çətindir. Qonşu Gürcüstan haqqında isə ancaq ehtiramla söhbət açırlar.
Doğrudur, prezident Milli Mətbuatın 140 illiyi münasibəti ilə jurnalistlərə müxtəlif mükafatlar verir, jurnalistikanın önəmindən danışır, onun çəkisini qaldırmağa cəhd edir; digər tərəfdən də həbsxanalar jurnalistlərlə ağzına kimi doludur. Bu azmış kimi, indi də xaricdəki jurnalistlərin qohumlarına “qırmaq” atırlar.
Bu isə o deməkdir ki, iqtidar qırmızı xətti keçir. Mənsə əminəm, müəyyən bir nöqtə var ki, ora çatdıqda geri dönmək irəli getməkdən daha məqbuldur. Hədləri aşmaq hələ kimsəyə başucalığı gətirməyib…
Yazar : Elbəyi HƏSƏNLİ, SÜRİX
Previous Post

İqtidar qırmızı xətti də keçdi… – Elbəyi Həsənli

Next Post

Türk ordusundan böyük əməliyyat – 200 terrorçu məhv edildi

Bənzər yazılar

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

17 Sentyabr 2026 - 21:24

Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) İran üzrə 1737 saylı Komitənin ekspertlər qrupunun mandatının 2027-ci ilin sentyabrınadək uzadılması haqqında...

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

17 Sentyabr 2026 - 21:21

Slovakiyanın Baş naziri Robert Fitso sentyabrın 18-də Ukraynaya səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə o, "Facebook" sosial şəbəkəsindəki...

Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ölkəmizdə bu ərazidə zəlzələ olub

17 Sentyabr 2026 - 21:19

Yardımlı stansiyasından 23km cənub-şərqdə Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ qeydə alınıb. Elchi.az  xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika...

Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

17 Sentyabr 2026 - 21:17

Litva 2030-cu ilədək müddətli hərbi xidmətə ümumi çağırışa keçmək niyyətindədir. Elchi.az LRT-yə istinadən xəbər verir ki, bu barədə Litva prezidentinin...

Next Post

Türk ordusundan böyük əməliyyat - 200 terrorçu məhv edildi

Türk ordusundan böyük əməliyyat - 200 terrorçu məhv edildi

Son xəbərlər

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

17 Sentyabr 2026 - 21:24
Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

17 Sentyabr 2026 - 21:21
Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ölkəmizdə bu ərazidə zəlzələ olub

17 Sentyabr 2026 - 21:19
Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

17 Sentyabr 2026 - 21:17
AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

17 Sentyabr 2026 - 20:35
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

17 Sentyabr 2026 - 20:33
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

17 Sentyabr 2026 - 19:26
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 19:17
Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

17 Sentyabr 2026 - 19:08
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb

Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb

17 Sentyabr 2026 - 18:52
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib

“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib

17 Sentyabr 2026 - 18:45
Bakıda 21 istiqamətdə sıxlıq var – YENİLƏNDİ

Bakıda 21 istiqamətdə sıxlıq var – YENİLƏNDİ

17 Sentyabr 2026 - 18:34
Almaniyanın şərqində terror aktı planlaşdıran İraq vətəndaşı saxlanılıb

Almaniyanın şərqində terror aktı planlaşdıran İraq vətəndaşı saxlanılıb

17 Sentyabr 2026 - 18:21
Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

17 Sentyabr 2026 - 18:13
“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı

“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı

17 Sentyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.