Fələstinliləri zorla məskunlaşdırmaq cəhdləri müharibə elanı kimi qiymətləndirilir. Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İordaniyanın baş naziri Bişar Əl-Xasavne deyib.
Əmman insanları həm Qəzza zolağından, həm də İordan çayının qərb sahilindən çıxarmaq cəhdlərini hərbi təcavüz aktı hesab edəcək, ölkə hökumətinin başçısı aydınlıq gətirib.
Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri Qəzza zolağında islamçı HƏMAS təşkilatının 450 hədəfinə zərbələr endirib.
Qeyd edək ki, bundan əvvəl İsrail Qəzzada 48 saat ərzində döyüşlərə başlamağa hazır olduğunu bəyan edib. Ölkə hakimiyyəti HƏMAS döyüşçülərini məhv etməyi və hərbi infrastrukturu, xüsusən də yeraltı tunellər şəbəkəsini məhv etməyi planlaşdırır.
Havar Şəfiyeva