"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

İntiqam Əliyevin mühasibi sirləri açdı: “O seyf formal idi…”

03 Mart 2015 - 23:33
in GÜNDƏM
FacebookVatsap

İntiqam Əliyevin mühasibi sirləri açdıBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquq müdafiəçisi İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirildi.

Virtualaz.org saytının prosesi izləyən müxbiri xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Gülşən Orucova məhkəməyə və istintaqa verdiyi ifadə əsasında tərəflərin suallarını cavablandırdı.

Bunu da oxuyun

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

Vasif Talıbov YAP-dan çıxarılır

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Zərərçəkən vəkillərin suallarını cavablandırarkən bacısı Əfsanə Orucovanın tərcümə işləri ilə əlaqədar Hüquq Maarifçiliyi Cəmiyyətindən pul aldığını bildirib. Vəkil Elçin Sadıqov həmin vaxt layihələrdə iştirak edən şəxslərin adlarından ibarət kitabçanı məhkəməyə təqdim edərək Əfsanə Orucova adlı şəxsin olmadığını bildirdi.

İ.Əliyev çıxışında maliyyə sənədlərini məhkəmədən tələb etdi: “Zərərçəkən keçən iclasda bacısının hesabına Hüquq Maarifçiliyi Cəmiyyətindən pul keçirdiyini dedi. İstintaqın vermədiyi maliyyə sənədlərini təqdim edin, biz sübut edək. Tərcümə işlərinə ən yaxşıları dəvət olunurdu. Onlar layihə müqabilində xarici təşkilatlardan qrant alırdılar. Belə bir şey varsa, göstərin”.

Zərərçəkmiş isə “Müqavilə olmayıb, köçürmələr olub. Möhür isə hər zaman İntiqam müəllimin özündə olub” deyə bildirdi.

İ.Əliyev:

-Bu adam deyir müqavilə olmayıb. Bəs nəyə istinad edib yazıblar? Bankdan çıxarışlar edin, görək hansı işlərə görə olub. Məni ifşa edin, nədən etmirsiniz? İstintaq orqanı qəsdən maliyyə sənədlərini vermir. Verilsə, Əfsanə Orucovanın hesabındakı imzaların mənə məxsus olmadığı sübut olunacaq. Bir daha deyirəm, maliyyə hesabatlarını Gülşən Orucova verib. İmzalar mənim deyil. Möhür seyfdə olurdu. Seyfin açarı isə hər ikimizdə də vardı.

Gülşən Orucova:

-Seyf formal idi. İçində nə pul, nə də möhür olmurdu. Möhürü harada saxladığını da bilmirdim.

G.Orucova 2005-ci ildən İntiqam Əliyevlə çalışdığını və işlərin düzgün aparılmadığını, bu səbəbdən də oradan uzaqlaşdığını dedi:

–Həmişə ehtiyat edirdim. 2005-ci ildən görürdüm ki, işlər düzgün getmir. Ona görə də yavaş-yavaş uzaqlaşdım oradan. Bacım Əfsanə Orucovanın adına əməkhaqqı yazılırdı. Bunun müqabilində isə bacıma cəmisi bir dəfə 500 manat pul verilmişdi.

Vəkil Cavad Cavadov:

-Əgər ehtiyat edirdinizsə, niyə hüquq-mühafizə orqanlarına müraciət etmirdiniz?

G.Orucova:

-Özüm uzaqlaşdım.

Vəkil C.Cavadov:

-119 min manatı köçürəndən sonra uzaqlaşdınız?

Vəkilin sualı tərəflər arasında narazılığa səbəb oldu. Zərərçəkmiş vəkilləri şou yaratmaqda ittiham etdi: “Bunlar özlərini reklam edirlər, saytlara yalan məlumatlar ötürürlər”.

Bundan sonra məhkəmə prosesində fasilə elan olundu. Fasilədən sonra zərərçəkmiş Gülşən Orucova İntiqam Əliyevin vəkili Şəhla Hümbətovanın suallarını cavablandırdı.

Vəkil:

-Bacınız pulu sizə, siz də İntiqam Əliyevə verəndə hər hansı bir sənədləşmə aparılıbmı?

G.Orucova:

-Yox, heç bir sənədləşmə aparılmayıb.

Vəkil:

-Gülşən Orucova harada işləyibsə, oradan bacısının hesabına pullar köçürüb. Eyni hallar Media Hüquq İnstutunda işlədiyi zaman da baş verib. Deyə bilərsinizmi oradan nə qədər pul köçürmüsünüz bacınızın hesabına?

G.Orucova:

-Xatırlamıram.

Vəkil:

-Deyirsiniz ki, layihələr üzrə görülən işlər də vardı, görülməyən işlər də. Görülməyən işlər hansılar idi?

G.Orucova:

-Xatırlamıram. Gördüyünüz o kitablar layihələrin hamısında nəzərdə tutulub.  Bir kitab bütün layihələrdə təqdim olunub. Eyni kitaba görə müxtəlif layihələrdən pul alınıb.

İ.Əliyev zərərçəkənin yalan danışdığını bildirdi:

-İş düzgün araşdırılsaydı, hətta həmin məbləği Gülşən Orucova mənə versəydi belə bu gün burada mənimlə yanaşı oturmalı idi.

İ.Əliyev məhkəmənin düzgün, obyektiv araşdırılması üçün Hüquq Maarifçiliyi Cəmiyyətinə aid sənədlərin, kompüterlərin qaytarılmasını məhkəmədən xahiş etdi. İ.Əliyev maliyyə hesabatlarını mühasibi Gülşən Orucovanın ödədiyini bildirdi.

Bundan sonra digər zərərçəkən Sadiq Bağırov sərbəst ifadə verdi. O, ifadəsində Hüquq Maarifçiliyi Cəmiyyətinə müsabiqə yolu ilə işə qəbul olunduğunu, 2010-cu ilin oktyabr ayına qədər adıçəkilən təşkilatda  işlədiyini, İ.Əliyevin onun müəllimi olduğunu göstərdi: “Xidmət göstərdiyim dövrdə İntiqam müəllimə qarşı heç bir qüsura yol verməmişəm. Hətta mənə desəydi ki sizin adınıza pullar yazılıb, mən imzalayardım, həmin məbləği aldığımı deyərdim. Bunu edərdim. Mən burada mənəvi zərərçəkənəm”.

Qeyd edək ki, S.Bağırov onun adına əməkhaqqı kimi yazılan 1116 manat məbləğində pulu almadığına görə cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Daha sonra zərərçəkmiş Könül Bayramova ifadə verdi. O, ifadəsində 2010-cu ilin oktyabr ayından etibarən təhsil almaq üçün Almaniyaya getdiyini göstərdi: “İşçi kimi müqavilə bağlamışam, İntiqam müəllimin yanında işləmişəm. Ayda 243 manat əməkhaqqı almışam. Üç ayın – oktyabr, noyabr, dekabrın əməkhaqqısı verilməyib. Əslində həmin vaxt işləməmişəm. Heç bir tələbim yoxdur. İşləmədiyim vaxt pul ala bilməzdim axı.  İstintaqa verdiyim ifadəmi təsdiq edirəm”.

Məhkəmə prosesi martın 10-da davam edəcək.

Xatırladaq ki, İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb. Lakin qarşı tərəf bu ittihamları qəbul etmir.

Previous Post

İntiqam Əliyevin mühasibi sirləri açdı: “O seyf formal idi…”

Next Post

Nemtsovun qətlində Azərbaycan müdafiə nazirinin sabiq müavininin də adı hallandı – (Yenilənib)

Bənzər yazılar

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

02 Oktyabr 2026 - 14:51

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...

Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 - 14:21

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçirilir. Elchi.az Teleqraf-a istinadla xəbər verir ki, qurultayda Naxçıvan Muxtar...

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

02 Oktyabr 2026 - 13:34

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII...

Bakıda AQEM Media Forumu keçirilir

Bakıda AQEM Media Forumu keçirilir

01 Oktyabr 2026 - 10:10

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir....

Next Post

Nemtsovun qətlində Azərbaycan müdafiə nazirinin sabiq müavininin də adı hallandı - (Yenilənib)

Nemtsovun qətlində Azərbaycan müdafiə nazirinin sabiq müavininin də adı hallandı - (Yenilənib)

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.