“İndi Qarabağın yenidənqurulması prosesinin getməsi bu mənada fürsətdir ki, universitetlərin bəzilərini indidən planlaşdırıb, gələcəkdə o ərazilərə köçürək”.
Elchi.az xəbər verir ki, bu barədə millət vəkili Ceyhun Məmmədov FB hesabında bildirib:
“Burada çıxış yolu yalnız universitetlərin Bakıdan köçürülməsi deyil. Eyni zamanda bölgələrdə yeni universitetlərin açılması barədə düşünməliyik. Bununla da məsələnin öhdəsindən gələ bilərik. Onu da qeyd etmək lazımdır ki, tıxac və sıxlığın səbəbi yalnız universitetlərin şəhərin mərkəzində yerləşməsi deyil. Burada nəqliyyat sisteminin düzgün idarə edilməməsi faktoru da var. Eyni zamanda, nəzərə almaq lazımdır ki, əhalinin böyük hissəsi Bakıda yaşayır. Bu, özü də təsiredici amildir. Biz bölgələrdə yeni iş yerləri yaratmaqla insanların öz rayon və kəndlərinə qayıtmasını təmin etməliyik”.
Yeganə