Rob hələ uşaqlıqdan təsviri sənətə maraq göstərdiyindən, indi onun üçün belə mürəkkəb illüziyaları yaratmaq çətin olmur. Hələ 12 yaşından yaradıcılıqda qazandığı uğurlara görə öyünə bilərdi. Bu uğurlarda Robun Salvador Daliyə və Rene Maqritə olan sevgisi az rol oynamayıb.
Görəsən, öz rəsmlərilə Qonsalves bizə nələri demək istəyir? Bu rəsmlərin mürəkkəbliyinə, dərin illuziyasına baxmayaraq hər şey çox sadədir: mümkünsüz olan mümkünə çevrilir. Axı həyatda olduğu kimi, sənətdə də öz dünyanı yaradırsan. ELCHİ.AZ