Harvard Universitetinin alimləri aşkar ediblər ki, bütün dünyada tikilmiş nəhəng bəndlər planetin maqnit qütbünü təxminən bir metr dəyişib. Bu bəndlərdə toplanan su qlobal sabitliyə təsir edib və dəniz səviyyəsini 21 millimetr aşağı salıb.
Elchi.az xəbər verir ki, Geofizik Natasha Valencic və onun Harvard Universitetindəki komandası aşkar ediblər ki, dünya miqyasında nəhəng bənd tikintisi təkcə dəniz səviyyəsini aşağı salmır, həm də planetin maqnit qütbünü dəyişir.
Araşdırmaya görə, təxminən 7000 böyük bənddə toplanan su Yer qabığının fırlanma oxunu Yerin maqnit sahəsinin mərkəzindən təxminən bir metr dəyişib.
Dəniz səviyyəsi 21 millimetr aşağı düşüb
Bu səth su kütlələri okeanlardan çəkildiyi üçün qlobal dəniz səviyyəsinin 21 millimetr aşağı düşməsinə səbəb olub. Alimlər bu fenomeni “əsl qütb sərgərdanlığı” adlandırırlar. Başqa sözlə, planetin daxili maqnit qütbü sabit qaldığı halda, Yer qabığının mövqeyi bu qütbə nisbətən dəyişir.
Şayəstə Hüseynova


















