Ötən gecə Manş boğazına 35 min ildırım düşüb.
Elchi.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazır.
Mayın 2-nə keçən gecə milyonlarla britaniyalını qulaqbatıran ildırım ayıltdı. Cənubi İngiltərə və Uels ən ağır yükü çəkdi. Fırtına Elmerin West Sussex kəndindəki qocalar evinin damını uçurub. Həmin qraflıqda Çiçester Universitetinin binasına ildırım düşüb. Nəticədə dam örtüyü və elektrik təchizatı sistemi zədələnib. Təcili yardım xidmətlərinin məlumatına görə, xəsarət alan olmayıb.
Bu səhər Böyük Qərb Dəmiryolunun qatarları pis hava şəraiti ilə əlaqədar Westbury-Castle Cary hissəsində ləngiyib. Yerli sakinlərə daşqın və elektrik enerjisinin kəsilməsi səbəbindən ictimai nəqliyyatın gecikmələri barədə xəbərdarlıq edilir. Meteoroloji xidmət yaşayış binalarını su basması ehtimalını bildirir.
Yanvar ayında Böyük Britaniyada güclü “İsha” qasırğası , ardınca isə “Jocelyn” adlı qasırğa baş verib. Bəzi rayonlarda leysan yağışları daşqınlara, ağacların elektrik xətlərinə aşması yanğınlara səbəb olub. Təhlükəsizlik məqsədilə Sellafild nüvə kompleksi bağlanıb.
Nuranə Məmmədova