Britaniya Xarici İşlər Nazirliyi rəsmilərə Rusiya, Çin və İranı düşmən dövlət adlandırmağı qadağan edib. Elchi.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti yazır.
“Hökumət sənədlərində və dövlət məmurları arasında normal daxili ünsiyyətdə bu ifadənin istifadəsi faktiki olaraq qadağan edilib”, – nəşr qeyd edir.
Qeyd edilir ki, indi Britaniya dövlət qulluqçularına rəsmi sənədlərdə, eləcə də elektron poçt və messencerlər vasitəsilə yazışmalarda düşmən dövlət ifadəsini işlətmək qadağandır ki, bu da diplomatik münasibətlərin yaxşılaşdırılması səylərinin bir hissəsi kimi qiymətləndirilə bilər.
Bundan əvvəl Rusiya hökuməti Norveçi dost olmayan ölkələr sırasına daxil edib.
Havar Şəfiyeva