Oman sahillərində neft tankerinin qəzaya uğradığı bildirilir.
Elchi.az xəbər verir ki, Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) tərəfindən verilən yazılı açıqlamada naməlum bir obyektin Omanın şimal-şərqindəki Şisa sahillərindən təxminən 9 dəniz mili məsafədə neft tankerinin mühərrik otağına dəydiyi bildirilib.
Mühərrik otağında zədələnmənin baş verdiyi və gəminin istifadəyə yararsız olduğu bildirilib. Bəyanatda əlavə edilib ki, heyət təhlükəsizdir və ətraf mühitin çirklənməsi və ya sızması barədə heç bir məlumat verilməyib.
Şayəstə





















