Elchi.az xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson gələn ildən GB News telekanalında müəllif proqramının aparıcısı olacağını bildirib.
Conson video mesajında “Tezliklə GB News-da sizə qoşulacağımı elan etməkdən məmnunam”-deyib.
Qeyd olunur ki, keçmiş baş nazir “Böyük Britaniyanın gücünü bütün dünyada nümayiş etdirəcək” yeni proqram təqdim edəcək.
O, verilişin yaradıcısı, aparıcısı və şərhçisi olacaq.
Nuranə Məmmədova