İngiltərənin yarımpeşəkar “Heşteq Yunayted” klubunun futbolçusu Raman Sidhu 22 yaşında dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, gənc futbolçunun ölümünə ürək dayanması səbəb olub.
“İki saatdan çox fasiləsiz çalışan xilasedicilərin bütün səylərinə baxmayaraq, Raman 22 yaşında dünyasını dəyişib. Onun ailəsinə və komanda yoldaşlarına dərin hüznlə başsağlığı veririk”, – klubun açıqlamasında qeyd olunub.






















Çox təəssüfləndim bu xəbərə. Allah rəhmət eləsin. Gənc yaşda belə bir hadisənin olması çox pisdir. Bu futbolda baş verən ilk hadisə deyil, amma yenə də qəribədir.
Allah rəhmət eləsin, çox pis xəbərdi. Gənc yaşda belə bir hadisənin baş verməsi dəhşətdi. İngiltərə futbolu üçün də böyük itkidi. Allah ailəsinə səbr versin.