ABŞ-ın demokrat senatoru Kris Van Hollen Tramp administrasiyasını İsrailin beynəlxalq sulara müdaxilə etdiyi Qlobal Sumud Flotillasında ABŞ vətəndaşı fəalların saxlanmasına münasibət bildirməyə çağırıb. Van Hollen vurğulayıb ki, hökumət bu vətəndaşların təhlükəsiz qayıtmasını təmin etmək üçün təcili tədbirlər görməlidir.
Elchi.az xəbər verir ki, Van Hollen ABŞ mərkəzli X şirkətinin sosial media platformasında paylaşdığı videoda İsrailin Qəzzaya yardım aparan Qlobal Sumud Donanmasına hücumu və donanmadakı fəalların saxlanmasına toxunub.
Saxlanılan fəalların ailələrinin yaxınlarının vəziyyəti ilə bağlı ABŞ hökumətindən lazımi məlumat ala bilmədiklərinə diqqət çəkən Van Hollen, “ABŞ hökuməti əsas öhdəliyinin xaricdəki ABŞ vətəndaşlarını qorumaq olduğunu deyir. Bu səbəbdən donanma ilə bağlı fikirlərindən asılı olmayaraq, bu ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur” dedi.
Bu mövzuda ABŞ dövlət katibi Marko Rubioya məktub yazdığını, lakin hələ də kifayət qədər cavab almadığını bildirən Van Hollen, “Bunlar Qəzzada aclıqla mübarizə aparan insanlara kömək etməyə çalışan Amerika vətəndaşlarıdır. Biz ABŞ hökuməti olaraq bütün bu amerikalıların dərhal və təhlükəsiz geri qayıtmasını təmin etməli və tələb etməliyik” deyib.
Şayəstə Hüseynova





















