NATO- nun təsirinə qarşı çıxmaq üçün BRİKS müdafiə ittifaqına çevrilməlidir.
Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İndoneziyanın müdafiə, hərbi və kəşfiyyat üzrə analitiki Bakri Rahakundini Koni deyib.
“Mən BRİKS-in müdafiə alyansına çevrilməsi və NATO-nun layiqli rəqibinə çevrilməsi üçün tədbirlər görməyi təklif edərdim”, – deyə analitik bildirib.
Onun sözlərinə görə, hazırda dünyada belə birlik yoxdur.
Bakri Rahakundini Koni xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin əvvəllər münaqişədə günahkarın Ukrayna deyil, NATO bloku olduğunu və hazırda Şimali Atlantika Alyansının dünyada tam hüquqlu düşmən ittifaqları olmadığını demişdi.
İndoneziyalı analitikin fikrincə, iqtisadiyyat və müdafiə bir-biri ilə sıx bağlıdır və “həmişə əl-ələ verir”.
“BRIKS indi G7-dən daha inkişaf edib və iqtisadi potensial baxımından artıq tam fərqli səviyyədədir”, – ekspert bildirib.
Nuranə Məmmədova