İndoneziya İsraillə normallaşma şərtini açıqlayıb

İndoneziya Prezidenti Prabowo Subianto, “İndoneziya açıq şəkildə bildirdi ki, İsrail Fələstini tanıyacağı təqdirdə İsraili tanımağa və diplomatik əlaqələr qurmağa hazırdır”.
Elchi.az xəbər verir ki, Subianto İndoneziyada rəsmi səfərdə olan Fransa prezidenti Emmanuel Makron ilə paytaxt Cakartada təşkil edilən ortaq mətbuat konfransında danışıb.
İki dövlətli həll və Fələstinin azadlığının həqiqi sülhə nail olmaq üçün yeganə yol olduğunu bildirən Subianto İsraili Qəzzaya hücumlarını dərhal dayandırmağa çağırıb.
Subianto, "İndoneziya açıq şəkildə bəyan etdi ki, İsrail Fələstini tanıyarsa, İsraili tanımağa və diplomatik əlaqələr qurmağa hazırdır".
Prezident Subianto, yaxın günlərdə Nyu Yorkda Səudiyyə Ərəbistanı ilə Qəzza ilə bağlı konfrans keçirəcəklərini də açıqladı.
Fransa prezidenti Makron Cənub-Şərqi Asiya turu çərçivəsində dünən Vyetnamda danışıqlar aparıb.
Makron İndoneziya səfərindən sonra sabah Sinqapura səfər etməyi planlaşdırır.
Şayəstə Hüseynova