Nazir Pancaitan 5 aydır ki, bu fürsəti gözlədiyini deyir
Elchi.az xəbər verir ki, İndoneziyanın dənizçilik və investisiyalar üzrə koordinasiya naziri Luhut Pancaitan ölkənin ucuz rus nefti almaq üçün müqavilə bağlaya bilməməsindən məyusdur.
Onun sözlərini yerli “Detik” nəşri sitat gətirir.
İndoneziya rəsmisi 5 aydır ki, belə bir fürsət gözlədiyini və hətta bu məsələni müzakirə etmək üçün Moskvaya uçduğunu iddia edir.
“İndi neftin qiyməti aşağı düşüb, onu almaq üçün bizə təklif verə bilməzsiniz? Biz gözləyirik, zəhmət olmasa tələsin”, – Pancaitan bildirib.
Xatırladaq ki, ötən il dekabrın sonunda Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin qiymətinin yuxarı həddinin tətbiqi ilə bağlı cavab tədbirləri haqqında fərman imzalayıb. 2023-cü il fevralın 1-dən Rusiya Federasiyası müqavilələrdə “qiymət tavanı” göstərildiyi təqdirdə neft və neft məhsullarının tədarükünü dayandıracaq. İstisnalar mümkündür, ancaq dövlət başçısının qərarı ilə.
Şayəstə