"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İlyas İsmayılovdan Oqtay Əsədova sual: “Konstitusiyanın tələbləri nəyin naminə pozulur?”

15 Sentyabr 2014 - 14:39
in SİYASƏT
FacebookVatsap

63891_res_01Yəqin xatırlayırsınız, Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir müddət əvvəl deputat mandatı daşıyan ali məktəb rektorları və icra strukturlarında çalışan digər şəxslərlə bağlı prezident İlham Əliyevə müraciət etmişdi.

Bunu da oxuyun

Latviya Rusiyaya etiraz notası təqdim edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

İ.İsmayılovun həmin müraciətinə Prezident Administrasiyasından rəsmi cavab verilməsə də bildirilmişdi ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyətindədir.

Bundan sonra İ.İsmayılov MSK-ya məktub göndərmiş və qeyd etmişdi ki, Konstitusiyanın müvafiq maddəsinə görə, icra və məhkəmə sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.

Lakin nədənsə deputatın bu müraciətinə MSK tərəfindən heç bir reaksiya verilmədi. Niyə?

Virtualaz.org saytının əməkdaşı bu və digər suallarla İlyas İsmayılovun özünə müraciət edib. Deputat deyib:

-Bəli, mən MSK sədri Məzahir Pənahova üç dəfə yazılı müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 85-ci və Seçki Məcəlləsinin 173-cü maddələrinə zidd olaraq universitet rektorlarının, açıq səhmdar cəmiyyətləri, dövlət şirkətləri rəhbərlərinin, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin məhz onun “səhvi” üzündən deputat mandatına yiyələnmələrini diqqətinə çatdırmış, həmin şəxslərin ya deputat mandatından məhrum edilmələri, ya da tutduqları vəzifədən qeyd-şərtsiz azad olunmaları üçün tədbir görməsini xahiş etmişdim. Amma MSK məktubumla bağlı nəinki tədbir görmədi, heç mənə cavab da vermədi.

Məhkəməyə müraciət etməli oldum. MSK məhkəməni də saymadı, onun iki iclasına gəlmədi. Üçüncü dəfə məhkəməyə bildirdi ki, guya mənim məktublarımı almayıblar. Məcbur olub məktublarımın MSK-ya göndərilməsinə dair Milli Məclisin ümumi şöbəsindən arayış aldım və məhkəməyə təqdim etdim. Bundan sonra MSK-nın katibi Arifə Muxtarova 30 may tarixində 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin hakimi Şərafət Məmmədovaya məktub göndərərək etiraf etdi ki, mənim 07 iyun, 18 oktyabr 2013-cü il və 30 yanvar 2014-cü il tarixli məktublarımı alıblar. Və guya məsələni hər dəfə mənimlə ətraflı müzakirə ediblər, MSK tərəfindən də guya müvafiq tədbir görülüb.

Əslində isə mənimlə heç kim söhbət etməyib. Mən sədrə “nə üçün mənim məktubuma cavab vermirsiniz” deyəndə bildirib ki, “sizin təkliflərinizi, Allah qoysa, 2015-ci ildə nəzərə alarıq”. Komissiyanın katibi Mikayıl Rəhimova zəng edəndə isə o dedi ki, “səhv etmişik, gərək mandatları verməzdən əvvəl onların işdən çıxmaları haqda sənəd alaydıq”.

Onu da qeyd edim ki, MSK katibinin məhkəməyə göndərdiyi həmin məktubda mənim qaldırdığım məsələnin mahiyyətini təhrif etməyə və gizlətməyə də çalışılıb. Daha dəqiq desəm, orada məktubum “qanunvericiliyin təfsiri ilə əlaqədar təklif xarakterli” adlandırılıb. Halbuki mən konkret göstərmişəm ki, qanunvericiliyə zidd olaraq deputat mandatı daşıyan şəxslərin bu mandatdan məhrum edilmələri və ya tutduqları vəzifədən qeyd-şərtsiz azad olunmaları üçün tədbir görülsün.

Doğrusu, adam bilmir ki, MSK-nın bu hərəkətlərinə, yalanlarına nə desin. Onu da başa düşə bilmirəm ki, MSK və onun sədri Məzahir Pənahovun sözün əsl mənasında hoqqalarına nə üçün “dözümlülük” göstərilir?! Qanunu pozan, öz səhvini bilib etiraf etməyi bacarmayan bu insanı nə üçün müdafiə edirlər? Halbuki vaxtilə müdriklərin dediyi kimi, düz yola gəlməyin birinci şərti səhvi etiraf etməkdir.

Hər bir dövlət qurumunun – indiki halda MSK-nın öz səhvlərinə münasibəti onun nə qədər ciddi olduğunu və xalq qarşısında öz vəzifələrini necə yerinə yetirdiyini göstərən ən mühüm meyarlardan biridir. Səhvi açıq etiraf etmək, onu diqqət və məsuliyyətlə müzakirəyə çıxarmaq, yuxarıda deyilənlərlə bahəm həm də vətəndaşları tərbiyə etmək və öyrətmək vasitəsidir…

-Səhv etmiriksə, siz sonradan bu məsələni bir daha gündəmə gətirdiniz və Milli Məclisdə təmsil olunan oliqarx-deputatların mandatına xitam verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdiniz.

-Elədir. Mən Konstitusiya Məhkəməsinə də müraciət etdim. Mənə cavab gəldi ki, “deputatın sorğusuna cavab verilmir, Milli Məclis belə bir sorğu göndərsə, cavab verərik”. Həmin cavaba uyğun olaraq 3 fevral 2014-cü il  tarixdə Milli Məclisin sədri Oqtay Əsədova müraciət etdim ki, birincisi, qanunverici orqanın rəhbəri kimi, səlahiyyətlərindən istifadə edərək deputat statusu ilə bir araya sığmayan vəzifəni tutmaqda və fəaliyyəti həyata keçirməkdə davam edən şəxslərin deputat mandatından məhrum edilməsi barədə Mərkəzi Seçki Komissiyasına müraciət etsin. İkincisi, Konstitusiyanın 85 və 89-cu maddələrinin şərh olunması üçün Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə məsələni Milli Məclisin müzakirəsinə çıxarsın. Çox təəssüf ki, bu şəxsdən də bir cavab yoxdur.

Konstitusiya Məhkəməsinin cavabını, formal baxımdan hardasa düz saymaq olar. Bununla yanaşı soruşuram: nə üçün Konstitusiya Məhkəməsi göstərilən şəxslərin tutduqları vəzifədən azad olunmadıqlarını bilə-bilə Konstitusiya və Seçki Məcəlləsinə zidd olaraq onların mandatını təsdiq etmişdi? Yaxud öz səhvini heç olmazsa sonradan düzəldə bilməzdimi?

– Bir ara  boş qalmış deputat yerləri haqda da məsələ qaldırmışdınız. Onda həmin yerlərin sayı 3 idi. Mübariz Qurbanlının məlum təyinatından sonra 4 oldu. O müraciətinizə nə cavab verdilər?

-Qanuna görə,  Seçki Məcəlləsinin 176.4-cü maddəsinə əsasən deputat mandatının boş qalmasından sonra bir ay ərzində vakant yerlərə seçkilər keçirilməlidir, amma neçə aylardır ki, bu, baş vermir. Bu, ciddi qanun pozuntusudur. Əslində vətəndaşların seçib-seçilmək, dövlətin idarə olunmasında iştirak etmək kimi siyasi hüquqlarının pozulmasıdır. Bu məsələyə bazar təfəkkürü prizmasından deyil, məhz belə yanaşılmalıdır. Ancaq heç kim bu barədə danışmır, məsələnin həlli üçün tədbir görülməyib və bu gün də görülmür. Zənnimcə, bu elə sualınıza cavabdır. Yəni spiker bu müraciətə, iradlara da məhəl qoymayıb.

-Sizcə, müraciətlərinizə bu cür yanaşma nə ilə bağlıdır? Sualı başqa cür də qoymaq olar: sizə elə gəlmirmi ki, bütün bu “soyuqluğun” kökündə spikerlə məlum mübahisəniz durur?

-Güman etmirəm. O bir epizod idi, oldu getdi. Görünür, sonradan həmin mübahisəyə görə özləri də peşman oldular. Ən azı parlamentin o iclasının rəsmi stenoqramını dəyişmələri belə düşünməyə əsas verir.

-Yeri gəlmişkən, o vaxt Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə məktub göndərərək həmin stenoqram məsələsinə görə onları saxtakarlıqda ittiham etmişdiniz. O məktubun taleyi necə oldu?

-O məktub da, çox təəssüf ki, bayaqdan haqqında danışdığımız məktubların taleyini yaşadı.

-Maraqlıdır, bütün bunlardan sonra nə etmək, hansı addımları atmaq fikrindəsiniz? Ən əsası: inanırsınızmı ki, cəhdləriniz hansısa nəticə verəcək?

-Bilirsiniz, söhbət heç də məndən və ya mənim hansısa müraciətlərimdən getmir. Məsələ ondadır ki, biz 17 yanvar, 2001-ci ildə Avropa Şurasına qəbul olunmuşuq. Avropa Şurası azadlığa, demokratiyaya, insan hüquqlarının təminatına və qanunun aliliyinə əsaslandığını iddia edən Avropa birliyidir. Avropa Şurasına daxil olan dövlət də Şuranın Nizamnaməsinin 3-cü maddəsinə əsasən qanunun aliliyinə hörmət etmək və insan hüquqlarını təmin etmək gücündə və əzmində olmalıdır. AŞ-nin üzvü olan ölkə bu məqsədin həyata keçirilməsi üçün onunla səmimi və fəal əməkdaşlıq etməlidir. Ölkəmiz Avropa Şurasına qəbul edilərkən Azərbaycan Respublikası prezidentinin, Milli Məclis sədrinin, baş nazirin, habelə parlamentdə təmsil olunan partiya sədrlərinin məktubları nəzərə alınıb və Azərbaycan üzərinə yuxarıda göstərilən prinsiplərə əməl edəcəyi barədə öhdəlik götürüb.

Məhz bunu nəzərə alaraq Azərbaycanın dövlət strukturları, o cümlədən yuxarıda haqqında danışdığımız qurumları – Konstitusiya Məhkəməsi, Milli Məclisi, MSK-sı, məhkəmələri Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklərə biganə münasibət bəsləməməlidir. Çünki son nəticədə bu, təkcə onların özlərinə yox, bütövlükdə Azərbaycanımızın adına xələl gətirir. Buna isə yol vermək olmaz. Axı dövlətin nüfuzu, ona inam həm də onun öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək qabiliyyətilə müəyyən olunur.

Bir məsələ məni həmişə olduğu kimi indi də çox düşündürür: əsas qanunumuz olan konstitusiyamızın və Seçki Məcəlləsinin imperativ tələbləri nəyin naminə pozulur? Nə üçün qanun pozuntuları aradan qaldırılmır? Məmur özbaşınalıqları və şəxsi maraqlar niyə ölkənin maraqlarından üstün tutulur?

Biz konstitusiyamızda hüquqi dövlət qurduğumuzu bütün dünyaya elan etmişik. Bu dövlətdə heç kim özünü qanundan üstün tutmamalıdır, qanun qarşısında hamı bərabər olmalıdır. Düşünürəm ki, göstərilən qanun pozuntularını müdafiə edərək yersiz və acı gülüş doğuran inadkarlıq göstərmək əvəzinə sağlam düşüncədən və ölkənin maraqlarından çıxış edərək bu tələbə əməl etsək işimiz yaxşı gedər, insanları dövlətin varlığı və gələcək inkişafı üçün mühüm şərt olan qanuna hörmət ruhunda tərbiyə etmək sahəsində uğurlar qazanarıq.

Previous Post

İlyas İsmayılovdan Oqtay Əsədova sual: “Konstitusiyanın tələbləri nəyin naminə pozulur?”

Next Post

Ötən gün yanan Bakı-Astara qatarının görüntüləri yayılıb

Bənzər yazılar

Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyaya etiraz notası təqdim edib

24 İyul 2026 - 21:55

Latviya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb. Elchi.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Latviyanın xarici...

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Elchi.az xəbər verir ki,...

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

24 İyul 2026 - 19:14

22-23 iyul tarixlərində Şamaxı şəhərində Azərbaycanın təşkilatçılığı və ev sahibliyi, eləcə də COP31-ə sədrlik edən Türkiyə və Avstraliya ilə əməkdaşlıq...

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 İyul 2026 - 18:52

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin avqust ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. Elchi.az qəbul cədvəlini təqdim edir: Qəbulu aparan...

Next Post

Ötən gün yanan Bakı-Astara qatarının görüntüləri yayılıb

Ötən gün yanan Bakı-Astara qatarının görüntüləri yayılıb

Son xəbərlər

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44
Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

26 İyul 2026 - 11:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub

Coratda 26 yaşlı gənc dənizdə boğulub

26 İyul 2026 - 11:11
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

26 İyul 2026 - 11:09
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.