İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi ilk dəfə olaraq Londonda səhnəyə qoyulur.
“Anspress.com”-un məlumatına görə, “Aloff” teatrı tərəfindən hazırlanan pyesi ingilis dilinə teatrın rəhbəri Sənan Əliyev tərcümə edib. Tamaşanın rejissoru isə Filiz Ozcandır.
Yerli aktyorlar tərəfindən canlandırılacaq tamaşa 9-27 sentyabr tarixlərində “Lost Theatre”-də nümayiş etdiriləcək.
Hazırda repitisiyalar keçən aktyor heyəti məşqlərini Londondakı Azərbaycan Evi mədəniyyət mərkəzində davam etdirir.