İlon Mask hakim qarşısında: O, manipulyasiya iddialarını RƏDD EDİR

43

Amerikalı iş adamı İlon Mask birja manipulyasiyası işi üzrə ilk dəfə məhkəmə qarşısına çıxıb.

Elchi.az xarici mediaya istinadən bildirir ki, Mask 2018-ci ildə “Twitter”də yazdığı yazıya görə mühakimə olunur, ancaq o, mesajının “Tesla”nın səhmlərinin qiymətinin qalxmasına və ya azalmasına səbəb olmadığını deyib.

Maskın “Tesla” səhmlərini manipulyasiya etdiyi iddiası ilə keçirilən ilk məhkəmə iclası baş tutub. Mask hakimin qarşısına keçib və özünü müdafiə edib.

O bildirib ki, “Twitter”dəki paylaşımları “Tesla”nın səhmlərinin qiymətinin qalxmasına və ya azalmasına səbəb olmayıb.

“Tesla” investorları isə sözügedən paylaşımın qəsdən edildiyini və “Tesla” səhmlərində balanssızlığa səbəb olduğunu iddia edərək məhkəməyə müraciət ediblər.

Məhkəmə bazar ertəsi davam edəcək.

Yeganə