"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İlk kosmik dövləti yaradan azərbaycanlının oğlu: `Asgardia – beynimizdəki sərhədləri aşmaq üçündür` – MÜSAHİBƏ

24 Yanvar 2017 - 13:08
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

Ruslan Aşurbəyli Bakıda anadan olub. Hazırda 32 yaşı var. Uzun müddətdir ki, ailəsilə birlikdə Rusiyada yaşayır. Azərbaycanın məşhur Aşurbəylilər nəslinin davamçılarındandır. O, Kosmos üzrə YUNESKO-nun beynəlxalq komissiyasının prezidenti, nəhəng “Asgardia” (kosmik dövlət) layihəsinin müəllifi, azərbaycanlı alim İqor Aşurbəylinin oğludur. Rusiyada nüfuzlu “Sosium” şirkətlər qrupunun icraçı direktorudur. Müdafiə sənayesi, informasiya texnologiyaları və bir sıra mühüm sahələr üzrə çox uğurlu layihələr həyata keçirir. Bütün bunlarla yanaşı, hərbi və geosiyasi mövzulardan yazan nüfuzlu VPK (Voenno-Promışlennıy Kuryer) qəzetinin də baş direktorudur.

Ruslan Aşurbəyli birinci sinfi bitirdikdən sonra ailəsilə birlikdə Moskvaya köçüb. 2000-ci ildə Moskvada 1234 saylı orta məktəbi bitirib. Elə həmin il Moskva Aviasiya İnstitutuna (hazırda Moskva Dövlət Texniki Universiteti adlanır) daxil olub. İş həyatına mühəndis-proqramçı kimi başlayıb. 2006-cı ilin martından 2009-cu ilə qədər “Almaz” Elmi-İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyətində sektor müdiri işləyib. Paralel olaraq bu müəssisədə aspiranturada təhsil alıb. 2009-cu ildə namizədlik dərəcəsini müdafiə etməklə texniki elmlər namizədi olub. Elmi işi hərbi texnika üçün proqram təminatının yaradılmasının xüsusiyyətlərinə həsr olunub. Dissertasiyasını rəqabətdə olduqları İqtisadiyyat, İnformatika və Sistemlərin İdarə edilməsi üzrə Mərkəzi Elmi-Araşdırma İnstitutunda müdafiə edib ki, heç kim direktor atasının ona yardım göstərdiyini deyə bilməsin. 2009-cu ilin aprelindən “VPK-Telekom” şirkətində icraçı direktor, sonra “VPK-Soorujeniya”da icraçı direktor, “Konstruktorskoe büro-1” ASC-də icraçı direktor işləyib. 2012-ci ilin yanvarın 2-dən “Sosium-A” ASC-də icraçı direktordur. Eyni zamanda, VPK Assosiyasında elmi-texniki şuraya rəhbərlik edir.

– Niyə məhz aviasiya sahəsini seçdiniz?

– Aviasiyaya xüsusi marağım olmayıb. İnstitutu seçməyim məhz onun presteji və güclü kafedranın (Avtomatlaşdırılmış sisteminin idarə olunması və informasiyanın işlənməsi) olması ilə bağlıdır. Valideynlərim də mənim seçimimdən razı idilər. Çünki onların da təhsil aldıqları ixtisas mənim seçimimə uyğundur. 1980-ci ildə atam İqor Raufoviç Aşurbəyli M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub və istehsal proseslərinin avtomatlaşdırılması fakültəlində təhsil alıb. O vaxt həmin fakültə yeni açılmışdı, çox populyar idi. Yeri gəlmişkən, valideynlərim də elə orada tanış olublar. Onlar eyni fakültədə, eyni qrupda təhsil alıblar.


Ruslan Aşurbəyli və Əlahəzrət şahzadə Mayklla birgə Moskvada Rusiya – Böyük Britaniya ticarət palatasının 100 illiyi illiyin qeyd olunması zamanı, 2016-cı il

– Azərbaycana gəlirsinizmi? Uşaqlıq illərinizi necə xatırlayırsınız?

– 7 yaşımda, birinci sinfi bitirdikdən sonra Azərbaycandan getmişəm. Lakin mənim Bakı haqqında çox parlaq təəssüratlarım var. Oynadığımı həyəti, dənizkənarı Bulvarı xatırlayıram. Daha sonra mən uzun müddət Bakıda olmadım. Qayıtdıqdan sonra şəhərin yaxşı mənada çox dəyişdiyinin şahidi oldum. Bilirsiniz, məni nə təəccüblədirdi? Dəyişməyən yeganə şey sakitlik idi. Gecə saat birdə mən küçədə rahat şəkildə oynayan uşaqları gördüm. Əgər sən Bakıda azmısansa, onda yalnız soruş və səni əlindən tutub, lazım olan yerə aparacaqlar.
Şəhərin mərkəzi indi tamamilə təmir olunub, Qız Qalası restavrasiya edilib. Şəhərin üzərindən göyə qalxan Alov Qüllələrinə müxtəlif cür yanaşanlar var, lakin bu, müasir arxitektura nümunəsidir və şəhərin yeni simvoluna çevrilir.

– Moskva və Bakını necə müqayisə edərdiniz?

– Bəzi şeyləri müqayisə etməmək lazımdır. Məsələn, ana ilə nənə kimi – onlar doğma və yaxın qadınlardır, lakin tamamilə fərqlidirlər. Bakıya gələndə mən uşaqlıq vaxtında hiss etdiyim xoşbəxtliyi xatırlayıram. Şəhərin ətri məni uşaqlığıma qaytarır. Bakıda şabalıd ağacının çiçəklənməsini xatırlayıram. İlin istənilən vaxtı buradan dənizin qoxusu gəlir. Moskvada dəniz çatışmır.
Digər tərəfdən Moskva mənim həyatımın böyük bir hissəsi keçib, dostların və tərəfdaşlarımın əksəriyyətilə məhz burada tanış olmuşam. Moskva da hazırda fəal şəkildə təmir olunur: meydanlar düzəldilir, küçələr genişləndirilir, işıqlandırma yenidən qurulur.
Müəyyən yerdə yaşamaq istəyinə gəlincə, mən yaşayış yerimi ilin istənilən vaxtı və kefimdən asılı olaraq dəyişmək istəyərdim.

– Atanızla münasibətləriniz barədə danışaq… Sizcə, atanızın uğurunun səbəbi nədə idi?

– Onun uğurunun sirri? Öz ideallarına sadiqlik, inadkarlıq və sədaqətlik. Hər bir uğura isə bir balaca bəxt amilini də əlavə etmək olar.
Mənim atam İqor Raufoviç Aşurbəyli texniki elmlər doktoru, böyük alim, sahibkar və xeyriyyəçidir. 2000-ci ildən 2011-ci ilə qədər Rusiyanın ən böyük müdafiə müəssisəsi olan akademik A.A.Raspletin adına “Almaz” elmi-istehsalat birliyi Açıq Səhmdar Cəmiyyətinə rəhbərlik edib. 2007-ci ildə yeni nəsil xüsusi texnikanın işlənməsi yaradılması və istehsalına verdiyi böyük töhfəyə görə Şərəf Ordeni ilə mükafatlandırılıb.

Atam çox işlədiyi üçün mən onu az-az görürürdüm. Faktik olaraq biz onunla səhərlər, o məni məktəbə aparanda və bazar günləri görüşürdük. Səhər yeməyi və ya məktəbə gedərkən mən atamdan məsləhətlər alır, onun öyüdlərini dinləyir, yaxud sadəcə, söhbət edirdim. Onun və mənim işlərimin həddindən artıq çox olması ilə bağlı biz ofisdən kənarda az-az görüşürük. Lakin həftəaşırı mütləq ailə olaraq toplaşırıq.

– Soyadınız sizin üçün hansı mənanı ifadə edir?

– Hələ uşaq vaxtı mənə nəslimizin qədimliyindən danışırdılar. Yəqin ki, tarixçi Sara xanım Aşurbəylinin yazdığı “Azərbaycan tarixi” kitabından xəbərdarsınız. Orada bizim nəslimizin nümayəndələrinin xidmətlərindən də söz açılır. Yeri gəlmişkən, hələ çar Rusiyası dövründə Bakıdakı evimizə quraşdırılan memorial lövhəni oğurlayıblar. Lakin cəmi bir neçə günə Sara xanımın lövhəsini tapmaq mümkün olub, oğrular isə məsuliyyətə cəlb ediliblər. Mən həmin barbarların hərəkətlərini pisləyən və onların tutulmasına yardım edən şəxslərə minnətdaram.
Qafqazda ən böyük məscidlərdən biri olan Təzə Pir məscidini mənim ulu nənələrimdən biri Nabat xanım Aşurbəyova həyat yoldaşının ölümündən sonra qalan pullarla tikdirib. Həm buna görə, həm də nəslin digər üzvlərinin fəaliyyətilə bağlı soyadımız artıq əbədiləşib. Lakin mən bu işə öz töhfəmi də vermək istəyirəm. Təbii ki, görülən işlərdən sonra bunu etmək heç də asan deyil. Lakin asan olacağını kim demişdi ki?


İqor Rauf oğlu Aşurbəyli

– “Asgardia” kosmik dövləti ideyası necə yarandı? O, bəşəriyyətə nə verəcək?

– “Asgardia” adlı ilk kosmik dövlətin yaradılması ideyası atama məxsusdur. Ona görə də bu sualı ona vermək lazımdır. “Asgardiya” haqqında rəsmi saytdan və atamın şəxsi saytından oxumağı, həmçinin dünya KİV-in bu layihə haqqında yazdıqları ilə tanış olmağınızı istərdim.

Qısa desək, mənim fikrimcə, onun ideyası bizim ideya və xəyallarımızı məhdudlaşdıran sərhədlərdən kənara çıxmaqdır. Yer planetində ölkələrin sərhədləri, bu dövlətlər arasında qarşılıqlı əlaqələr, ölkələrin daxilindəki subyektlər arasında qaydalar, hüquqi şəxslər arasında münasibətlər dəqiq şəkildə müəyyənləşdirilib. Biz beynimizdə özümüzə sərhədlər qoyuruq. Bu süni sərhədlərdən kənarlaşmaqla, biz dünyaya yenidən baxa bilərik. Bunun üçün yeni təhsil, yeni düşüncə lazımdır və buna nümunə “Asgardia”dır.

– Dünyaya səs salan bu ideya nə vaxt reallaşacaq? Bu, Aşurbəyli soyadının “Asgardia”nın müəllifi kimi bəşər tarixində həmişəlik qalması anlamına gəlirmi?

– Layihə artıq reallaşır, proses başlayıb və davam edir. Artıq “Asgardia”nın 500 mindən çox davamçısı var. Atam birmənalı olaraq ilk kosmik dövlətin yaradıcısı kimi insanların yaddaşında qalacaq.

– Rəhbərlik etdiyiniz “SOSİUM-A” holdinqi hansı işlərlə məşğuldur?

– “Sosium” şirkətlər qrupu 10 iyun 1988-ci ildə İqor Raufoviç Aşurbəyli tərəfindən yaradılıb. Bu gün çoxprofilli holdinqdir, Rusiyanın 6 regiondan 30-dan çox müəssisəsini birləşdirir. Onların hamısı davamlı inkişafdadır. Bizim holdinqin fəaliyyəti insan həyatı üçün lazım olan bütün sektorları əhatə edir: Sənaye, maliyyə, əmlak, təhlükəsizlik, qida, tibb, geyim və s.

“Sosium” holdinqinə daxil olan müəssisələr və şirkətlər ən müxtəlif fəaliyyətlərlə məşğul olurlar: Genişmiqyaslı hərbi texnika istehsal edilir, İT texnologiyalar, tibbi avadanlıqlar yaradılır, kənd təsərrüfatının inkişafı, bank fəaliyyəti üzrə xidmətlər göstərilir və s.

Rəqəmlərlə danışsaq, holdinqin texnoloji avadanlıqlarının sayı 11 mindən çoxdur və daim yenilənir. Mülklərinin ümumi sahəsi 530 min kvadrat metrdən çoxdur, hazırda şirkətdə 8 mindən çox insan işləyir. Onların əməkhaqqı fondu ötən il 3 milyard rubl olub. Son zamanlar hərbi-sənaye məhsullarını mülki məhsullarla əvəz edirik. Bu məhsullar kosmik texnologiyalardan qaz sayğaclarına qədər geniş spektri əhatə edir.


Ruslan Aşurbəyli “Sosium” şirkətlər qrupunun illik ikinci konfransında, 2016-cı il.

– Gənc yaşda belə uğur qazanmağınızın sirri nədədir?

– Uğurun əsas səbəbi gördüyün işlə yaşamaqdadır. Bu, sizin üçün iş olmalı deyil, bu, sizin həyatınız olmalıdır. Bütün günü öz işini düşündüyündən, sənin istirahət günün olmamalıdır. Təəssüf ki, hər şeyi bilmək olmaz. Ona görə də, bəzən kimdənsə ağıllı olmaqdansa, sadəcə saniyənin yüzdə biri qədər sürətli olmaq lazımdır. Bax, belə.

– Öz həyatını yaşamağa başlayan gənclərə nələri məsləhət görərdiniz?

– Sevdikləri işlə məşğul olmalarını məsləhət görürəm. İş prosesi və onun nəticələri insana həzz verilməlidir. Lakin karyera ambisiyalarını və özünü realizə edərkən ailə münasibətlərini də unutmaq lazım deyil. Hər şey harmoniyada olmalıdır. Mən hələ ailə qurmamışam. Lakin dəqiq bilirəm ki, evdə nifaq varsa, onda heç bir nailiyyət həzz verə bilməz. Əgər yaxınlarınız onu sizinlə bölüşməyəcəksə, onda heç bir uğur sizə sevinc bəxş etməyəcək.

Previous Post

İlk kosmik dövləti yaradan azərbaycanlının oğlu: `Asgardia – beynimizdəki sərhədləri aşmaq üçündür` – MÜSAHİBƏ

Next Post

Rusiya Azərbaycana “İsgəndər” satır

Bənzər yazılar

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

31 Avqust 2026 - 23:00

Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan iş çərçivəsində saxlanılıb. Elchi.az  xəbər verir ki, bu barədə...

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

31 Avqust 2026 - 22:59

Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az- a verilən məlumata...

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

31 Avqust 2026 - 22:57

İsveç Fransadan 4,3 milyard avro dəyərində dörd müdafiə və müdaxilə freqatı alacaq. Elchi.az  "Le Monde"yə istinadən xəbər verir ki, müvafiq...

Bakı və Abşeron yarımadasında dolu yağacaq

Bakı və Abşeron yarımadasında dolu yağacaq

31 Avqust 2026 - 21:12

Bakı və Abşeron yarımadasında dolu yağacaq. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun...

Next Post

Rusiya Azərbaycana “İsgəndər” satır

Rusiya Azərbaycana “İsgəndər” satır

Son xəbərlər

Erkən nikahlar: Riskləri əvvəlcədən necə müəyyənləşdirmək olur?

Erkən nikahlar: Riskləri əvvəlcədən necə müəyyənləşdirmək olur?

01 Sentyabr 2026 - 14:54
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

01 Sentyabr 2026 - 12:45
Hindistanda fişəng fabrikində partlayış: 11 ölü, 5 yaralı

Hindistanda fişəng fabrikində partlayış: 11 ölü, 5 yaralı

01 Sentyabr 2026 - 12:27
Belçikada elektrikli skuter sürücülərinə yeni qayda

Belçikada elektrikli skuter sürücülərinə yeni qayda

01 Sentyabr 2026 - 12:17
ABŞ ordusunda istefa böhranı: Dan Driskoll vəzifəsini tərk etdi

ABŞ ordusunda istefa böhranı: Dan Driskoll vəzifəsini tərk etdi

01 Sentyabr 2026 - 12:08
Prezidentin sosial şəbəkə hesablarında “ŞƏT plyus” sammitində iştirakı ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ŞƏT plyus” sammitində iştirakı ilə bağlı paylaşım edilib

01 Sentyabr 2026 - 11:43
Prezident İlham Əliyev Bişkekdə Hindistan Baş naziri ilə söhbət edib

Prezident İlham Əliyev Bişkekdə Hindistan Baş naziri ilə söhbət edib

01 Sentyabr 2026 - 11:37
Bu il 89 uşaq övladlığa verilib

Bu il 89 uşaq övladlığa verilib

01 Sentyabr 2026 - 11:33
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Dövlət başçısı Slovakiya Prezidentini təbrik edib

01 Sentyabr 2026 - 11:30
Ceyhun Bayramov Bişkekdə Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

Ceyhun Bayramov Bişkekdə Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

01 Sentyabr 2026 - 11:26
Xocavənd rayonunda mina partlayışı baş verib

Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb

01 Sentyabr 2026 - 11:19
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir

“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir

01 Sentyabr 2026 - 11:09
İngiltərə açıqladı: Hörmüz boğazında tankerə hücum

İngiltərə açıqladı: Hörmüz boğazında tankerə hücum

01 Sentyabr 2026 - 11:01
Yanvarda aylıq yağıntının miqdarı bəzi yerlərdə normadan çox olacaq – PROQNOZ

Ötən gecə Bakıya dolu düşüb, leysan olub – FAKTİKİ HAVA

01 Sentyabr 2026 - 10:52
İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Prezident “ŞƏT plyus” formatında görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəlib

01 Sentyabr 2026 - 10:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.