"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

İlin 7 ayının yekunu: son 5 ayda bizi nə gözləyir?

01 Avqust 2017 - 09:40
in aktual-banner, Banner, BannerVeteninfo, Cebhe-banner, İQTİSADİYYAT MANŞET, MANŞET
FacebookVatsap

Ekspertlər iqtisadiyyatdakı pozitiv və neqativ tendensiyaları şərh edir

Bunu da oxuyun

Tramp cəbhəsində İran böhranı! Ağ Evdə müharibə mübahisəsi

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

İlin 7 ayı geridə qaldı. Ötən bu zaman iqtisadi proseslər baxımından da zəngin oldu. İlin əvvəlində manat rekord həddə zəifləsə də, sonrakı müddətdə sabitliyini bərpa etdi və bu sabitlik davam edir. Lakin Mərkəzi Bankın yürütdüyü bu siyasət də qurbansız ötüşmədi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova görə, bu müddətdə ən yadda qalan məqam manatın sabitliyinin bərpa olunmasıdır: “Son vaxt Mərkəzi Bankın yürütdüyü siyasət, pul-kredit siyasətinə nəzarətin müəyyən qədər gücləndirilməsi, real sektorun inkişafına mane olsa da, pul qıtlığı yaransa da, Azərbaycanda manatın məzənnəsini qoruyub saxlamaq mümkün oldu. Bu, Mərkəzi Bankın apardığı siyasət idi ki, inflyasiyanı birrəqəmli səviyyəyə çatdırsın. Düzdür, bu, gələcəkdə real sektorun inkişafında bəzi problem yarada bilər. Çünki pul qıtlığı biznesin inkişafına mənfi təsir edir.

Banklarla bağlı vəziyyətdə elə bir ciddi irəliləyiş olmadı. İki devalvasiyadan sonra bank sistemi çox ciddi böhranla üzləşdi. Xüsusilə Beynəlxalq Bankda baş verən hadisə, bu bankın borclarının dövlət büdcəsi tərəfindən ödənilməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərdi. Hazırda bank sistemində sağlamlaşdırma prosesinin getdiyi deyilsə də, bunun perspektivini görmürəm. Çünki bu, o zaman mümkün olacaq ki, insanlar banklara etibar etsin, bank sistemi ilə real sektor arasında anlaşma mümkün olsun”.

Image result for Vahid Əhmədov

Deputatın sözlərinə görə, ümumi götürəndə son 7 ayda iqtisadiyyatda baş verən təlatümlər, dünyadakı iqtisadi böhran, neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycana da təsirini göstərir: “Düzdür, Azərbaycanda cənab prezidentin yürütdüyü siyasət nəticəsində kənd təsərrüfatında inkişaf, idxalda azalma, ixracda artım qeydə alınıb. Bu 7 ayda ilk dəfə olaraq, xarici ticarətdə müsbət saldo müəyyən oldu. Düzdür, bu dövrdə qeyri-neft sektorunda müəyyən sənaye parklarının, iri fermer təsərrüfatlarının yaranmasına start verildi. Əlbəttə, bu da 2018-2019-cu illərdə öz bəhrəsini verəcək. Bu işlərə artıq start verilib. Gələcəkdə bunun necə davam etməsi mexanizmin necə qurulmasından asılı olacaq. Kənd təsərrüfatında müəyyən neqativ proseslər də getməyə başladı. Son zamanlar suvarma sistemində problemlərim olması ilə bağlı şikayətlər oldu. Ancaq bu sahədə müsbət addımlar da atılıb. Biz idxala baxanda görürük ki, kənd təsərrüfatı məhsullarında idxalın əvəzlənməsi sürətlənib, ixrac artıb. Bu sahədəki addımlar davam etdirilməlidir”.

İqtisadçının fikrincə, hazırda Azərbaycanda iri sənaye müəssisələrinin yaradılmasına böyük ehtiyac var: “Çünki gələcəkdə neftin qiyməti ilə əlaqədar bu problemlər qalmaqdadır. Ola bilər ki, bu problemlər daha da dərinləşsin. Çünki Amerika şist neftini dünya bazarına çıxarmaqda daha çox maraqlıdır. Bizdə də ”Şahdəniz” qaz yatağının istifadəsinə başlanılacaq. Ona görə də, iri sənaye müəssisələrinin yaradılmasına ehtiyac var ki, Azərbaycanın dövlət büdcəsinə əlavə gəlirlər gətirsin. Hesab edirəm ki, Mərkəzi Bankın apardığı siyasət bu cür davam edərsə, manat öz məzənnəsini qoruyub saxlayacaq. Bunun da iki tərəfi var və real sektorun inkişafına müəyyən qədər problem yarada bilər. Digər tərəfdən, idxal və ixrac əməliyyatlarına indiki kimi ciddi nəzarət davam etdirilərsə, bu o qədər ciddi problem yaratmaz. Ancaq əsasən yerli istehsala diqqəti artırmaq lazımdır ki, 2018-ci ildə ÜDM-də artım hiss edək. 2017-ci ildə mən ÜDM-də ciddi artım olacağını düşünmürəm”.

Image result for Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli isə iqtisadiyyatda aparılan islahatların hələ ki ciddi bir nəticə vermədiyini bildirdi: “Ötən 7 ayda gəldiyimiz əsas nəticə ondan ibarətdir ki, ölkə iqtisadiyyatındakı fundamental problemlər davam edir. Ötən dövrdə, əsasən də bank sektorunda ciddi problemlər yaşandı. Beynəlxalq Bankın xarici kreditorlar qarşısında öhdəliklərini yerinə yetirməməsi ən ciddi hadisələrdən birinə çevrildi və dövlət məcbur olub bu öhdəlikləri öz üzərinə götürməklə büdcə üçün əlavə borc yükü gətirdi. Yanvar ayında məzənnə ilə bağlı problem yaşandı və dolların rəsmi məzənnəsi 1.93-ə qədər bahalaşdı. Sonradan Mərkəzi Bank inzibati qaydada müdaxilələr həyata keçirərək iqtisadi aktivliyin azalması və manat kütləsinin daralması hesabına məzənnəni sabitləşdirə bildi. Pozitiv adlandıra biləcəyimiz addım bundan ibarətdir ki, məzənnə bir neçə aydır ki, 1.70 civarında sabitləşib. Amma bunun fəsadları da oldu, xarici ticarət zəiflədi, iqtisadi aktivlik azaldı. İdxal 17 azalıb”.

İqtisadçının sözlərinə görə, artan xətt üzrə gedən inflyasiya vətəndaşların gəlirlərini də dəyərsizləşdirir: “Daha bir məsələ isə inflyasiya ilə bağlıdır. Manat kütləsinin azalmasına baxmayaraq, nə hökumət, nə də Mərkəzi Bank inflyasiyanın qarşını ala bilmir. Bu, insanların gəlirlərinin aşağı düşdüyü bir şəraitdə real qazancların da azalmasına səbəb olur. Dövlət qurumlarında çalışan, büdcədən maaş alan insanların əmək haqlarında nominal olaraq təxminən 7 faizə yaxın artım oldu. Amma reallıqda ikirəqəmli inflyasiya həmin artımı ”yedi”, hətta onların real gəlirlərinin də azalmasına səbəb oldu. Daha bir pozitiv məsələ odur ki, ölkəyə turizm axını genişlənib. Düzdür, bu özü ilə bir çox problemlər gətirsə də, turist sayının artması ölkədə bu sektorda çalışan insanların gəlirlərinə müsbət təsir edib.

Ancaq bütün bu baş verənlərə baxmayaraq, makroiqtisadi göstəricilər, inflyasiya, qiymət artımı, iqtisadi aktivliyin zəifləməsi, bank sektorunun durumu bu 7 aya damğasını vuran iqtisadi faktorlardır. Bank sektorunun vəziyyəti və iqtisadi aktivliyin zəifləməsi bu sürətlə davam etsə, yaxın 5 ayda Azərbaycan iqtisadiyyatı daha ciddi fəsadlarla üzləşə bilər. Çünki iqtisadi aktivlik və insanların real gəlirləri artmasa, hökumətin iqtisadi artımla bağlı hədəflərinə çatmaq da mümkün olmayacaq”.

Previous Post

İlin 7 ayının yekunu: son 5 ayda bizi nə gözləyir?

Next Post

Avqustun ilk günü hava necə olacaq?

Bənzər yazılar

Tramp cəbhəsində İran böhranı! Ağ Evdə müharibə mübahisəsi

Tramp cəbhəsində İran böhranı! Ağ Evdə müharibə mübahisəsi

03 Avqust 2026 - 10:58

ABŞ prezidenti Donald Trampın Ağ Evdəki yüksək vəzifəli komandası ilə İran siyasəti ilə bağlı kəskin fikir ayrılıqları yaşadığı iddia edilir....

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13

Müasir dövrdə qlobal və regional münasibətlər sistemində baş verən sürətli dəyişikliklər dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırmaqdadır. Müxtəlif...

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Next Post

Avqustun ilk günü hava necə olacaq?

Avqustun ilk günü hava necə olacaq?

Son xəbərlər

Azərbaycanda 32 nəfəri gün vurub

Azərbaycanda 32 nəfəri gün vurub

03 Avqust 2026 - 13:30
Bağçalara qəbulda yeni növbələrin yaradılması dayandırılır

Bağçalara qəbulda yeni növbələrin yaradılması dayandırılır

03 Avqust 2026 - 13:14
ABŞ-ın Ukraynaya hərbi yardımı beş dəfə AZALIB

ABŞ-ın Ukraynaya hərbi yardımı beş dəfə AZALIB

03 Avqust 2026 - 13:00
Jurnalistikaya qabiliyyət imtahanı sabah keçiriləcək

Jurnalistikaya qabiliyyət imtahanı sabah keçiriləcək

03 Avqust 2026 - 12:53
Səhiyyə Nazirliyi məlumat yaydı: İnanmayın!

Səhiyyə Nazirliyi məlumat yaydı: İnanmayın!

03 Avqust 2026 - 12:44
Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Sabahın hava proqnozu açıqlanıb

03 Avqust 2026 - 12:28
Messi Argentina millisində karyerasını bu turnirdən sonra başa vuracaq

Messi Argentina millisində karyerasını bu turnirdən sonra başa vuracaq

03 Avqust 2026 - 12:25
Tədavülə yenilənmiş 100-lüklər buraxılır – Foto

ABA kartdan-karta köçürmələrdə limit məsələsinə aydınlıq gətirib

03 Avqust 2026 - 12:15
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

03 Avqust 2026 - 12:07
La Liqa klubu “Mançester Siti”nin ulduzunu istəyir

La Liqa klubu “Mançester Siti”nin ulduzunu istəyir

03 Avqust 2026 - 11:57
İran Trampın ABŞ ilə danışıqlar barədə açıqlamasını təkzib edir

İran Trampın ABŞ ilə danışıqlar barədə açıqlamasını təkzib edir

03 Avqust 2026 - 11:41
Suqovuşanda mina partladı – Xəsarət alan var

Ağdərədə mina partlayıb, 2 nəfər xəsarət alıb

03 Avqust 2026 - 11:30
Avstraliyada quş qripindən ilk kütləvi quş tələfatı

Avstraliyada quş qripindən ilk kütləvi quş tələfatı

03 Avqust 2026 - 11:23
Mərakeşdən İspaniyaya keçməyə çalışan 88 miqrant ölüb

Mərakeşdən İspaniyaya keçməyə çalışan 88 miqrant ölüb

03 Avqust 2026 - 11:14
“Fənərbağça”nın sabiq qapıçısı İspaniyaya yollanır

“Fənərbağça”nın sabiq qapıçısı İspaniyaya yollanır

03 Avqust 2026 - 11:06
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.