"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

İlham Əliyev `Sovetski`də – FOTOLAR

04 Avqust 2016 - 13:36
in İQTİSADİYYAT, İQTİSADİYYAT MANŞET, MANŞET
FacebookVatsap

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 4-də Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub.

Dövlətimizin başçısına paytaxtın “Sovetski” kimi tanınan ərazisində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verildi.

Bu ərazidə aparılacaq işlərin birinci mərhələsində 26 hektarda yolların salınması və abadlıq işlərinin görülməsi nəzərdə tutulur. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına layihənin icrası ilə bağlı məlumat verdi. Bildirildi ki, 3827 yaşayış və qeyri-yaşayış sahəsi sahibləri müvafiq qaydada kompensasiya ilə təmin ediliblər. Ümumilikdə, 219 obyekt üzrə vətəndaşlar yaşayış sahəsi ilə təmin olunublar. Yaşayış sahəsi ilə təmin edilənlər əsasən 12-16 kvadratmetr sahədə, olduqca ağır kommunal şəraitdə yaşayan ailələr olub. Keçmiş “Sovetski” ərazisində satın alınan obyektlərdən 249-nun isə söküntüsü “Azəravtoyol” ASC tərəfindən davam edir. Burada ümumi uzunluğu 6 kilometrdən çox olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılacaq. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev küçələrində, Füzuli küçəsinin davamında və Nəriman Nərimanov küçəsində həyata keçiriləcək. Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin piyadaların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində küçələr həm genişləndiriləcək, həm də enli piyada səkiləri inşa ediləcək. Yenidən qurulacaq küçələrdə mühəndis kommunikasiyaları – su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur.

Prezident İlham Əliyev keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoydu.

Yenidən qurulacaq Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılacaq. Layihəyə uyğun olaraq, burada 3 hərəkət zolağı olmaqla, yolun eni 12 metr təşkil edəcək. Tikinti işlərinin aparılacağı Abdulla Şaiq küçəsinin eni əvvəllər 5-6 metr olub. Yeni layihəyə uyğun olaraq, küçə 19 metrə qədər genişləndiriləcək. Mirzəağa Əliyev və Füzuli küçələrinin əvvəlki hərəkət hissəsinin eni də 4-5 metr olub. Burada da yenidənqurma işləri çərçivəsində yolun eni 19 metrə çatdırılacaq. Aparılacaq yenidənqurma işləri çərçivəsində Nəriman Nərimanov küçəsinin iki min metrdən artıq hissəsində də tam müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulur. Küçənin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən yolun hərəkət hissəsinin eninin 17,5 metrədək genişləndirilməsi nəzərdə tutulur.

Yollarda, həmçinin yeni müasir işıqlandırma sistemi qurulacaq. Bu isə günün qaranlıq vaxtında nəqliyyatın və piyadaların hərəkətinin təhlükəsiz təşkilində mühüm rol oynayacaq. Burada müasir avtobus dayanacaqlarının qurulması da nəzərdə tutulur.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

Bunu da oxuyun

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Kreml ABŞ-a müraciət edib

Previous Post

İlham Əliyev `Sovetski`də – FOTOLAR

Next Post

`Mən ağladım, atamın gözündən yaş gəldi` – Güldürən aktyorun ağladan hekayəti

Bənzər yazılar

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa ediləcəyini və gücləndiriləcəyini istisna etməyib. Elchi.az...

Avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

01 Oktyabr 2026 - 16:26

Yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan...

Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00

"Rusiya ABŞ-ı Ukraynadakı münaqişənin həllini gözləmədən iqtisadi əlaqələri bərpa etməyə çağırır". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

Next Post

`Mən ağladım, atamın gözündən yaş gəldi` - Güldürən aktyorun ağladan hekayəti

`Mən ağladım, atamın gözündən yaş gəldi` - Güldürən aktyorun ağladan hekayəti

Son xəbərlər

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20
Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12
Almaniyada inqilabi qərar: Elektromobillər evləri elektrik enerjisi ilə təmin edəcək

Almaniyada inqilabi qərar: Elektromobillər evləri elektrik enerjisi ilə təmin edəcək

01 Oktyabr 2026 - 17:06
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb

Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb

01 Oktyabr 2026 - 17:00
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

01 Oktyabr 2026 - 16:54
Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

01 Oktyabr 2026 - 16:49
Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

01 Oktyabr 2026 - 16:48
Azərbaycanın U-17 millisi Kosovaya uduzdu

Azərbaycanın U-17 millisi Kosovaya uduzdu

01 Oktyabr 2026 - 16:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.