"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İlham Əliyev BTQ-dən danışdı

03 Noyabr 2017 - 15:46
in SİYASƏT
FacebookVatsap
İlham Əliyev BTQ-dən danışdı
“Euronews” telekanalının “Fokus” verilişində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına həsr olunan reportaj yayımlanıb.

EIchi.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, telekanalın müxbiri Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan və Gürcüstan baş naziri Giorgi Kvirikaşvilidən müsahibə alıb.

Bunu da oxuyun

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

Bakı-Tbilisi-Qars dəmir yolundan danışan Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur: “Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu iqtisadi cəhətdən də çox cəlbedici etməkdir. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir”.

Dövlət başçısı qeyd edib ki, bu, tarixi hadisədir: “Bu yol qitələri, Avrasiyanı birləşdirir. Bu, Asiya ilə Avropa arasında ən qısa yoldur. Azərbaycan Türkiyə və Gürcüstan ilə birlikdə onun tikintisində çox fəal iştirak edib. Çox şadam ki, bu gün biz birlikdə tarixi hadisəni qeyd edirik: Türkiyə prezidenti, gürcüstanlı, qazaxıstanlı, özbəkistanlı dostlarımız – baş nazirlər, Türkmənistandan, Tacikistandan nazirlər. Yəni, onların iştirakı bu layihənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu, ən qısa, ən etibarlı yoldur. Bu yol bütün region üçün firavanlıq, sabitlik, inkişaf gətirəcək. Biz bu yolla, Azərbaycan ərazisi vasitəsilə yüklərin tədricən 17 milyon tona qədər artacağını gözləyirik. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir. Düşünürəm ki, bu yolun iqtisadi cəhətdən böyük əhəmiyyəti var. Bu yol boyunca yerləşən bütün ölkələr ondan istifadə edəcəklər. Çünki yenə də deyirəm, bu, ən qısa yoldur. Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu, həmçinin iqtisadi cəhətdən çox cəlbedici etməkdir. Buna görə də biz bunun üzərində birlikdə işləyəcəyik”.

Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, sərnişin daşınmasının strateji və sosial-iqtisadi mənası var: “Hər şeydən əvvəl Avropa-Asiya bağlantısı kimi bu dəmir yolu çox mühüm strateji bir sərmayə olaraq həyata keçirildi. Bu, tarixi İpək Yolunun digər mərhələsinin ən ciddi sərmayəsi oldu. Yəni, Azərbaycan, Türkiyə və Gürcüstan olaraq bu qərarı qəbul etdiyimiz vaxt bəziləri bu işin mümkün olacağına inanmırdılar. Bu yolun strateji baxımdan istər yük, istərsə də sərnişin daşınmasında şübhəsiz ki, mühüm əhəmiyyəti var. Bilirsiniz ki, xərclər baxımından yük daşınmalarında dəmir yolu sistemi dəniz nəqliyyatı ilə rəqabət içindədir, bu dəmir yolu ilə daşımaların maliyyə xərcləri xeyli azdır. Sərnişin daşınmasında da qəza riski demək olar ki yox dərəcəsindədir”.

Öz növbəsində Gürcüstan baş naziri Giorgi Kvirikaşvili bildirib ki, layihə təkcə ölkələrin iqtisadiyyatını deyil, bu ölkələrin xalqlarını birləşdirir. İnteqrasiya, əməkdaşlıq nə qədər sıx olarsa, regionda və onun hüdudlarından kənarda iqtisadi, ticari artım, təhlükəsizlik o qədər çox olar: “Bakı-Tbilisi-Qars layihəsi həqiqətən strateji layihədir. Çünki o, strateji tərəfdaş olan üç ölkəni – Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirir. Bu layihə parlaq əməkdaşlığın nümunəsidir. Belə ki, o, təkcə ölkələrin iqtisadiyyatını deyil, bu ölkələrin xalqlarını birləşdirir. İnteqrasiya, əməkdaşlıq nə qədər çox olarsa, regionda və onun hüdudlarından kənarda iqtisadi, ticari artım, təhlükəsizlik o qədər çox olar. Bizim dost və qardaşlarımızın – Qazaxıstanın, Özbəkistanın baş nazirlərinin, Türkmənistan və Tacikistanın nazirlərinin açılışda iştirakı bu layihənin əhəmiyyətini göstərir. Çünki “Bir kəmər – bir yol” layihəsi Asiya ilə Avropanı birləşdirən layihədir və praktiki olaraq, bütün qitəni inkişaf etdirir. Mərkəzi Asiya və Cənubi Qafqaz Türkiyə ilə birlikdə Avrasiya qitəsini birləşdirən mühüm bənddir. Belə ki, o, daha çox iqtisadi artım və daha çox sabitlik gətirir”.

Previous Post

İlham Əliyev BTQ-dən danışdı

Next Post

Azərbaycanda iki iri bank birləşir

Bənzər yazılar

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

28 Avqust 2026 - 19:27

28 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov Belarus Respublikasında səfərdə olub. XİN-dən Elchi.az-a verilən xəbərə görə,...

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

28 Avqust 2026 - 19:19

Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-dən Elchi.az-a verilən xəbərə görə, görüş...

Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

28 Avqust 2026 - 14:52

Aram Sərkisyan hansısa müxalif partiyanın rəhbəri idi. Onun konkret vəzifəsi yox idi, ictimai təşkilatı təmsil edirdi. Orada qeyri-rəsmi görüşlər keçirilirdi....

Azərbaycan XİN Ekvadoru təbrik etdi

XİN: Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir

28 Avqust 2026 - 11:21

28 avqust - Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 34-cü ildönümüdür. Elchi.az xəbər...

Next Post

Azərbaycanda iki iri bank birləşir

Azərbaycanda iki iri bank birləşir

Son xəbərlər

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

28 Avqust 2026 - 20:30
Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

28 Avqust 2026 - 20:29
Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

28 Avqust 2026 - 19:27
XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

28 Avqust 2026 - 19:19
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 19:10
Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

28 Avqust 2026 - 19:01
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

28 Avqust 2026 - 18:54
Xaricdə təhsil üzrə sənəd qəbulu başladı

ETN Türkiyə Prezidentinin Qarabağ Universiteti ilə bağlı qərarını şərh edib

28 Avqust 2026 - 18:43
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edib

Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 18:37
DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

28 Avqust 2026 - 18:25
Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

28 Avqust 2026 - 18:13
Şəhid övladları İzmirdə “IV Kosmik Düşərgə”də iştirak ediblər

Şəhid övladları İzmirdə “IV Kosmik Düşərgə”də iştirak ediblər

28 Avqust 2026 - 17:56
Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb

Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb

28 Avqust 2026 - 17:44
Suriya vilayətində partlayış: İki nəfər həlak olub

Suriya vilayətində partlayış: İki nəfər həlak olub

28 Avqust 2026 - 17:35
“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaş qəbulu keçirdi

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaş qəbulu keçirdi

28 Avqust 2026 - 17:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.